İsti havalarda necə qidalanaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay aylarında temperaturun 30 dərəcəni keçməsi insan orqanizminə təsir edir. İsti havalarda bir çox insan iştahsızlıq hiss etsə də, mütəxəssislər qidalanmada bəzi məqamlara diqqət etməyin vacib olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, Oxford Brookes Universitetinin qidalanma üzrə mütəxəssisi Aisling Daly qeyd edib ki, isti havalarda orqanizmin zülala olan ehtiyacı artmır. Lakin ət, toyuq və balıq kimi zülal mənbələrinin hazırlanması isti günlərdə narahatlıq yarada bilər.
Mütəxəssisin sözlərinə görə, zülallı qidaların həzmi zamanı bədən digər qida qrupları ilə müqayisədə daha çox istilik yaradır. Buna görə də isti havalarda zülal ehtiyacını qoz-fındıq, süd məhsulları və pendir kimi qidalarla da qarşılamaq mümkündür.
O, bədənin temperaturunu artırmadan zülal qəbul etmək üçün lobya salatı, yumurta, qatıq, meyvə və tərəvəzlərlə hazırlanan smuziləri tövsiyə edir.
İsti havalarda tərləmə nəticəsində bədən daha çox su itirir. Mütəxəssislər bu səbəbdən maye qəbulunun artırılmasının vacib olduğunu vurğulayırlar.
Britaniya Milli Səhiyyə Xidmətinin tövsiyəsinə görə, normal şəraitdə gün ərzində 6-8 stəkan maye qəbul etmək kifayət edə bilər. Lakin isti hava dalğalarında bu ehtiyac arta bilər.
Qida və qidalanma üzrə mütəxəssislər bildirirlər ki, bədənin su ehtiyacını yalnız su içməklə deyil, meyvə və tərəvəzlərlə də qarşılamaq mümkündür. Xiyar, pomidor, kahı, kərəviz, qarpız və çiyələyin tərkibində 90 faizdən çox su olduğu qeyd olunur.
İsti havada çay və qəhvə içmək olarmı?
Mütəxəssislərin fikrincə, isti havalarda çay içmək zərərli deyil. Araşdırmalar göstərir ki, ilıq və ya otaq temperaturunda olan içkilər də bədənin soyumasına kömək edə bilər.
Lakin həddindən artıq kofein qəbulu sidik ifrazını artıraraq susuzlaşma riskini yüksəldə bilər. Mütəxəssislər gündə bir-iki fincan qəhvənin problem yaratmadığını, amma çox miqdarda qəhvə qəbulunun mənfi təsir göstərə biləcəyini bildirirlər.
Yay aylarında qidalanma rejiminə də diqqət etmək tövsiyə olunur. Səhər yeməyini erkən etmək, günün ən isti saatlarında qısa istirahət etmək və axşam yeməyini daha gec saatlara saxlamaq orqanizmin istiyə uyğunlaşmasına kömək edə bilər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
XƏBƏR LENTİ
-
Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
-
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Masazırda avtomobil yanıb - Yenilənib (Foto)
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
-
AZAL Moskvaya bir sıra reysləri müvəqqəti dayandırıb
-
Montella Türkiyə millisindən göndərildi
-
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
-
“Ələkbər Rzaquliyev: qrafik irsə baxış” adlı mühazirə keçirilib - (Foto)
-
“Nursema”nın taleyindən özü də xəbərsiz imiş…
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
-
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
-
Bakıda beynəlxalq tədbirlə əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Zelim Kotsoyevin erməni rəqibindən qeyri-etik davranış - (Video)
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)





