Dünya

"Apple" yenidən birinci oldu

28 İyul 2026 17:41
Baxış: 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Apple"ın bazar kapitallaşması iyulun 27-də keçirilən hərraclardan sonra təxminən 5 trilyon dollara çataraq şirkəti yenidən dünyanın ən dəyərli şirkəti edib.

Milli.Az xəbər verier ki, məlumata görə, ticarət zamanı "Apple" səhmləri 2% bahalaşıb. Son dövrdə lider olan "Nvidia"nın səhmləri isə 5% ucuzlaşaraq şirkətin bazar dəyərini 4,77 trilyon dollara endirib.

Bildirilir ki, "Moonshot AI" startapının yeni süni intellekt modelini təqdim etməsi investorların "Nvidia" səhmlərini satmasına səbəb olub. Bazarda 2025-ci ildə "DeepSeek" modelinin təqdimatından sonra yaşanan kəskin enişin təkrarlana biləcəyi ilə bağlı narahatlıqlar da artıb.

Bundan əlavə, "Apple"ın "Apple Upgrade" adlı yeni cihaz lizinq proqramını istifadəyə verməyə hazırlaşması da şirkətin səhmlərinin bahalaşmasına təsir edən amillərdən biri kimi göstərilir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.