Şou-biznes

Dilan Polat haqqında istintaq başladıldı

28 İyul 2026 21:11
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial media fenomeni Dilan Polat barəsində yeni istintaq başladılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Bakırköy Baş Prokurorluğu Dilan Polatın kommersiya fəaliyyəti çərçivəsində dələduzluq etdiyi iddiası ilə yeni araşdırmaya başlayıb.

Qeyd edək ki, Dilan Polat və həyat yoldaşı Engin Polat daha əvvəl cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla həbs edilmişdi. Cütlük 9 aydan çox həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.