Şou-biznes

Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı

28 İyul 2026 23:35
Baxış: 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməkdar artist Ruhəngiz Musəvi ailə qurduqdan sonra aldığı film təkliflərindən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində açıqlama verib. O bildirib ki, həyat yoldaşı kinoya çəkilməsinə razılıq vermədiyi üçün bir çox təklifdən imtina edib:

"Ailə qurandan sonra məni filmlərə çəkmək istəyirdilər. Evdə söz-söhbət olurdu, yoldaşım icazə vermirdi. Hətta Moskvadan gəlmişdilər ki, başqa ölkədə sizi filmə çəkəcəyik. Dedim ki, ailəliyəm, icazəm yoxdur. Neçə dəfə zəng vurdular, qızımla danışdılar. Dedilər ki, necə olur ki, toylara getməyə yoldaşı icazə verir, amma kinolara çəkilmir. Cavab verdilər ki, müğənnilik onun sənətidir. Çəkilmədiyim üçün də peşman deyiləm"./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.