Müəllimini güllələyən şagirdin atası barədə qərar verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İdrak" liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmənin atası barədə qərar verilib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Binəqəsi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona aylıq
qazancından dövlət nəfinə 20%-i məbləğində pul tutulmaqla, 2 il müddətə islah işləri cəzası təyin edilib.
Qeyd edək ki, Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə hazırda məhkəmə araşdırması davam edir.
Hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Çıxarışımız var, amma işləyə bilmirik"
-
La Liqa prezidenti Canni İnfantinoya müraciət edib
-
"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ
-
Məşhur aktyorla futbolçu dənizin ortasında yallı getdi - (Video)
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye - (Foto)
-
ABŞ-da güclü qasırğa: 30 mindən çox ev işıqsız qaldı
-
Makrondan Türkiyəyə təşəkkür
-
Müəllimini güllələyən şagirdin atası barədə qərar verildi
-
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib
-
Xavyer Ernandesin yeni klubu bəlli oldu
-
Azərbaycan Qazaxıstana səfir təyin edib
-
Goranboyda ağır qəza - Yaralılar var
-
Lətifənin lüks brend seçimləri: Bahalı aksessuarlarını göstərdi - (Foto)
-
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
-
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
-
Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub
-
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib
-
Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib
-
Sabah çimərliklərdə külək əsəcək
-
Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi oldu
-
Yaponiyada 7 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan edildi
-
Türkiyədən gətirilən “Bilgam” məhsulu məhv edildi
-
Ronaldu serialda rol alacaq
-
Georgri Georgiyev: “Qarabağ” o qədər də güclü deyil”





