Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dəyişikliyə əsasən, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Prezident İlham Əliyev qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman da imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bundan başqa "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 56.5-ci maddəsinə uyğun olaraq, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Azərbaycan Respublikası Turizm Agentliyinin təklifləri nəzərə alınmaqla, üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Qaydalarda aşağıdakılar öz əksini tapmalıdır:
uçuş aparatlarının texniki göstəricilərinə dair tələblər;
uçuş aparatlarının və istismarçılarının qeydiyyatı, habelə qeydiyyatdan azad edilmə halları;
uçuş aparatlarını idarə edən şəxslərə dair yaş, hazırlıq, tibbi yararlılıq və peşə hazırlığı tələbləri, habelə onların uçuş aparatını idarə etmək hüququ verən sənədlə təmin olunması mexanizmi;
uçuşların həyata keçirilməsi üçün icazə verilən, məhdudlaşdırılan və qadağan edilən ərazilərin dəqiq müəyyən olunması meyarları, o cümlədən dövlət sərhədi, hərbi obyektlər, strateji infrastruktur obyektləri, hava limanları və digər xüsusi rejimli zonalar üzərində uçuşların tənzimlənməsi;
uçuş aparatlarından kommersiya və ya qeyri-kommersiya, o cümlədən şəxsi, idman, turizm məqsədləri ilə istifadənin xüsusiyyətləri;
təhlükəsizlik tələbləri, o cümlədən uçuşların təhlükəsiz həyata keçirilməsi məqsədilə uçuşların əvvəlcədən razılaşdırılması və məlumatlandırma prosedurları;
uçuş aparatlarının texniki yararlılığına, istismarına və dövri yoxlanılmasına dair tələblər;
uçuş aparatları istismarçılarının və uçuşlarda iştirak edən şəxslərin hüquq və vəzifələri.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib
-
Azərbaycan Qazaxıstana səfir təyin edib
-
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
-
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib
-
Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib
-
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib
-
Xavyer Ernandesin yeni klubu bəlli oldu
-
Azərbaycan Qazaxıstana səfir təyin edib
-
Goranboyda ağır qəza - Yaralılar var
-
Lətifənin lüks brend seçimləri: Bahalı aksessuarlarını göstərdi - (Foto)
-
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
-
Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək
-
Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub
-
Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib
-
Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib
-
Sabah çimərliklərdə külək əsəcək
-
Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi oldu
-
Yaponiyada 7 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan edildi
-
Türkiyədən gətirilən “Bilgam” məhsulu məhv edildi
-
Ronaldu serialda rol alacaq
-
Georgri Georgiyev: “Qarabağ” o qədər də güclü deyil”
-
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
-
DSX-dən əməliyyat: 8 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı
-
Xalq artistinin əlini öpmək istədi, az qala yıxılacaqdı - (Video)
-
Üzeyir Abas saxlanıldı
-
Temperatur 40 dərəcəyə qalxacaq - Proqnoz
-
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi
-
Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı
-
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır





