İdman

Emmanuel Addainin yeni komandası bəlli oldu

28 İyul 2026 10:06
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ"ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib.

Milli.Az xəbər verir ki, Belçikanın yüksək liqa təmsilçisi "OH Leuven" klubu 24 yaşlı qanalı cinah hücumçusu heyətinə qatdığını açıqlayıb.

Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Addai 2024-26-cı illərdə "Qarabağ"da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.