İdman

"Sabah" bu gün Finlandiyada həlledici sınağa çıxır

28 İyul 2026 10:03
Baxış: 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanın "Sabah" klubu səfərdə Finlandiyanın "KuPS" komandası ilə üz-üzə gələcək.

Milli.Az xəbər verir ki, qarşılaşma Kuopio şəhərində yerləşən "Savon Sanemat Areena" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Paytaxt təmsilçisi ilk oyunda rəqibini minimal hesabla məğlub etdiyi üçün cavab görüşünə üstün durumda çıxacaq. İyulun 21-də Bakıda keçirilən qarşılaşma "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Bu cütün qalibi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün güclüsü ilə qarşılaşacaq. Həmin cütlük arasında Danimarkada baş tutan ilk oyunda "Lex" rəqibini 4:1 hesabı ilə məğlub edərək üstünlük əldə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.