Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox insan isti havada açıq rəngli geyimlərə üstünlük verməyin daha doğru olduğunu düşünür. Çünki ağ və açıq rəngli parçalar günəş şüalarını əks etdirir və daha az qızır. Lakin araşdırmalar göstərib ki, geniş qara geyim bədəni bəzi hallarda ağ geyimdən daha yaxşı sərin saxlaya bilər.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bunun sirri yalnız parçanın rəngində deyil, həm də geyimin biçimində və havanın dövr etməsinə imkan verməsindədir. Məhz buna görə bədəvilər də daxil olmaqla isti ölkələrin sakinləri nəsillər boyu geniş və tünd rəngli paltarlar geyinirlər.
Alimlərin izahına görə, ağ parça günəş şüalarının böyük hissəsini həqiqətən əks etdirir. Ancaq eyni zamanda insan bədənindən yayılan istiliyi də yenidən dəriyə tərəf qaytara bilər.
Qara geyim isə daha çox istilik udur. Bununla belə, paltar geniş və yaxşı havalanan olduqda parça ilə bədən arasında qızmış hava yuxarı qalxır və təbii hava dövranı yaranır. Onun yerinə daha sərin hava daxil olur. Bu proses tərin buxarlanmasına kömək edir və orqanizmin yüksək temperatura daha rahat uyğunlaşmasını təmin edir.
Mütəxəssislər bildirirlər ki, geyimin rəngi yeganə vacib amil deyil. Parçanın növü və geyimin biçimi də böyük əhəmiyyət daşıyır. Bədənə yapışan paltarlar rəngindən asılı olmayaraq istiliyi daha zəif xaric edir və havasızlıq hissini artıra bilər.
İsti günlərdə geniş biçimli və hava keçirən materiallardan hazırlanmış geyimlərə üstünlük vermək məsləhət görülür. Pambıq parçalar nəmi yaxşı çəkir, lakin gec quruyur. Sintetik parçalar isə nəmi bədəndən daha sürətlə uzaqlaşdıra bilər, ancaq xoşagəlməz qoxuları daha çox saxlaya bilər.
Yay üçün gözlənilməz seçimlərdən biri də yun ola bilər. Alimlərin sözlərinə görə, yun rütubəti yaxşı tənzimləyir, tez quruyur və xoşagəlməz qoxuları daha az özünə çəkir. Buna görə də bəzi nazik yun parçalar isti havada rahatlıq yarada bilər.
Açıq geyim tərin buxarlanması hesabına bədənin daha effektiv soyumasına kömək edir. Lakin belə geyimlər dərinin ultrabənövşəyi şüalara daha çox məruz qalmasına səbəb olur. Buna görə günəş altında uzun müddət qalarkən dərini qorumaq vacibdir. İsti havada susuzlaşmanın qarşısını almaq üçün insanların əksəriyyəti su içməyə üstünlük verir. Britaniyalı həkim Nataşa Fernandonun sözlərinə görə, süd bəzi hallarda mayeni orqanizmdə sudan daha uzun müddət saxlaya bilər.
Buna südün tərkibindəki şəkər, zülal, yağ və natrium səbəb olur. Bu maddələr mədənin boşalmasını ləngidir və orqanizmdə maye balansının daha uzun müddət qorunmasına kömək edir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?
-
Yay üçün yeni dad: Qaragiləli tiramisu resepti diqqət çəkir
-
Bu məşhur balıq təzyiqi aşağı salmağa kömək edə bilər
-
Bu bürclər birlikdə olmaq üçündür
-
Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır
-
Maradona və Pelenin illər öncəki unudulmaz görüşü yenidən gündəm oldu - (Video)
XƏBƏR LENTİ
-
Səhrada insanların qara geyinməsi təsadüfi deyil: istidən necə qoruyur?
-
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
-
Qarpız və yemişi belə saxlayın - Çoxları bu səhvi edir
-
Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma
-
Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi
-
Soyuducuya qoyulmamalı 10 qida - Çoxları bu səhvi edir
-
Yay üçün yeni dad: Qaragiləli tiramisu resepti diqqət çəkir
-
Bu məşhur balıq təzyiqi aşağı salmağa kömək edə bilər
-
Keçməyən öskürəyin səbəbi nədir?
-
Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı
-
Qızı Tom Kruzun soyadından imtina etdi
-
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
-
Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu
-
Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır
-
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır
-
5 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
İngiltərə millisinin müdafiəçisi "İnter"ə keçməyə razılaşdı
-
Dilan Polat haqqında istintaq başladıldı
-
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - (Yenilənib)
-
Orxan Həbibli dünya çempionatının bürünc medalını qazanıb
-
Milli Qvardiyanın yaradıcısı vəfat etdi
-
Gülben Ergenin “Ahbap” istintaqında ifadəsi ortaya çıxdı
-
Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
-
Hörmüzə İran deyil, biz nəzarət edirik - Tramp





