Ölkə

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 22:51
Baxış: 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən avtomobil körpüsünün də söküntüsü işlərinə başlanılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sözügedən körpünün, eləcə də magistral yolun hər iki hərəkət istiqaməti üzrə yan yollarda yerləşən körpülərin sökülərək yenidən inşa olunması barədə qərar aparılmış texniki müayinələrin nəticələrinə əsasən qəbul edilib.

Layihə çərçivəsində mövcud körpülər sökülərək onların yerində müasir norma və standartların tələblərinə cavab verən yeni avtomobil körpüləri inşa olunacaq.

Daha əvvəl Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisinin başa çatdığı barədə məlumat verilmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.