Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişaf etməyə davam etdiyini göstərib.
Milli.Az xəbər verir ki, nevrologiya üzrə türkiyəli mütəxəssis Dr. Oğuzhan Onultan bildirib ki, fiziki inkişafın başa çatması beyin inkişafının da tamamlanması demək deyil. Onun sözlərinə görə, xüsusilə planlaşdırma, məntiqi qərarvermə, diqqət, emosiyaların tənzimlənməsi və sosial davranışlara cavabdeh olan prefrontal korteks daha gec yetkinləşir.
Mütəxəssis qeyd edib ki, kişilərdə boy artımı və cinsi inkişaf adətən 18-20 yaşlarında başa çatsa da, beynin yüksək idrak funksiyalarına cavabdeh hissələrinin inkişafı daha uzun müddət davam edir. Bu səbəbdən bəzi gənc kişilərdə riskli davranışlara və impulsiv qərarlara meyl daha çox müşahidə oluna bilər.
Bununla yanaşı, araşdırmada vurğulanır ki, 32 yaş qəti hədd deyil. Beyin inkişafı fərddən-fərdə dəyişir və genetik xüsusiyyətlər, təhsil, həyat təcrübəsi və ətraf mühit kimi amillər bu prosesə əhəmiyyətli təsir göstərir.
Dr. Onultan əlavə edib ki, beynin inkişafı 32 yaşdan sonra da tam dayanmır. Neyroplastiklik sayəsində beyin öyrənmə, yeni təcrübələr, fiziki aktivlik və zehni məşqlər vasitəsilə həyat boyu yeni sinir əlaqələri yaratmağa davam edir.
Bu nəticələr kişilərin davranış xüsusiyyətlərini daha yaxşı anlamağa kömək etsə də, fərdlərin psixoloji və ya sosial yetkinliyini yalnız yaşa əsasən qiymətləndirmək düzgün deyil.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Azərbaycanda yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?





