Siyasət
"Oradakı bəzi adamların kimə işlədiklərini bilirəm"
25 Aprel 2011 11:34
Baxış: 246
"1993-cü ildən bu yana, hətta 1990-cı ildə başlamış hadisələrin səmimi analizi, ayrı-ayrı siyasətçilərin davranışı dəqiq təhlil edilməyincə, ölkə müxalifətindəki problemlər tükənən deyil".
Bu fikirlər tanınmış siyasətçi, hüquqşünas Qurban Məmmədova məxsusdur. O, Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, kimin kim olduğu bəlli olmayınca, müxalifət düşərgəsindəki xaotik sistemsiz proseslər davam edəsidir.
"Azərbaycan müxalifətinin birlik problemi var. Müxalifət partiyalarının liderləri arasında müstəqil olmayanlar, kənardan idarə edilənlər var. Heyif, çox heyif ki, müxalifətdəki qüvvələr belə siyasi liderlərin rəhbərliyi altında məhv olub gedirlər. Bizdə siyasi təşkilatın maraqları ayrı-ayrı liderlərin maraqlarına qurban verilir. Təşkilatları cəhənnəm olsun - dövlətin və xalqın maraqlarını qurban verirlər. Şair Rüstəm Behrudinin sözlərilə desəm, ortada Azərbaycan adlı ananın tabutu var, onu qaldıran yoxdur. Bu tabutun altına girməyə qeyrət, şəxsi maraqları unutmaq gərəkdir", - Qurban Məmmədov dedi.
Q.Məmmədov deyir ki, İctimai Palata yeni yarananda həmin təşkilata qoşulmaqla bağlı təklif almışdı: "O təşkilata qatılmağı da düşünürdüm. Lakin sonradan İctimai Palatada kimlərin olduğu gördüm və fikrimi dəyişdim. Çünki oradakı bəzi adamların kimliyini, kimlərə işlədiklərini gözəl bilirəm. Nəticə də göz qabağındadır. İctimai Palata mitinqlərə başlayanda da yoldaşlara dedim ki, bu, yanlış yoldur - belə eləmək olmaz. Müxalifət liderlərinin öndə getməyəcəkləri təqdirdə beş-on nəfəri küçəyə çıxarmaq nəyə gərəkdir?! Bütün bunlar ölkə müxalifətindəki müəyyən adamların millət və dövlətin maraqlarını bir kənara qoyaraq öz şəxsi ambisiyalarını önə çəkməsinin səbəbidir".
Qurban Məmmədov bütün bunlara rəğmən, müxalifət düşərgəsində birliyin yaranacağına ümid edir.
Orxan Hun
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir
-
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
"Samara" vəfat etdi - (Foto)
-
5 nəfərlik oğurluq şəbəkəsi ifşa olundu - (Video)