Siyasət

Hidayət Orucov Türkiyə prezidenti ilə görüşüb

20 Aprel 2011 13:57
Baxış: 192
Komitədən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə baş tutan səfər bu ilin aprel ayının 15-dən 18-dək davam edib.

Hər iki ölkə arasında din sahəsində mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından aktuallıq daşıyan səfər çərçivəsində keçirilən görüşlərdə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin gücləndirilməsi, ortaq milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilib. Bölgədə dini durumun sabitliyi, vicdan azadlığının təmin olunması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül Hidayət Orucovu qəbul edib. Görüşdə ortaq milli-mənəvi dəyərlərimizin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikirlər ifadə edilib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və iki ölkə arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmunluq bildirilib.  
Prezident Abdullan Gül səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Ölkənin digər rəsmi dövlət adamları və qeyri-hökumət təsisatlarının rəhbərləri ilə görüşlərdə də maraqlı müzakirələr aparılıb.

Gülər A.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.