Siyasət
Siyavuş Novruzov: “Bu gün İctimai Palata deyilən qurum iflasa uğradı”
17 Aprel 2011 19:12
Baxış: 146
"Biz əvvəllər də demişdik ki, müxalifətin sosial bazası yoxdur. Bu gün də onların mitinq cəhdi dediklərimizi bir daha göstərdi, təsdiq etdi. Keçən dəfə ordan-burdan, aldatmalar, yaxud pul yoluyla cəmisi təxminən 300 adam yığmışdılarsa, bu gün 50-60 nəfər belə olmadı". Milli.Az xəbər portalının verdiyi məlumata görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov APA-ya açıqlamasında İctimai Palatanın (İP) bugünkü aksiya cəhdini şərh edərkən deyib.
O, bunun həm də xalqın İP-nin aksiyasına münasibətinin göstəricisi olduğunu vurğulayıb: "Deyirdilər ki, xalq bizi dəstəkləyir. Ancaq göründü ki, bu, qətiyyən belə deyil. Xalq dövlətçiliyin, prezidentin ətrafındadır. Çünki xalq onların kim olduqlarını çox yaxşı bilir. Bu gün öz rəhbərlərinin də heç biri bir neçə nəfəri çıxmaq şərti ilə aksiyada iştirak etməyə gəlməmişdilər. Bircə Pənah Hüseyn idi ki, o da "Park Bulvar"da, "Sahil" metrosunun yaxınlığında görünüb, sonra da sakitcə çıxıb gedib. Digər bir neçə şəxs də belə edib. Qalanları özləri isə kütləvi aksiyaya inanmadıqları, etibar etmədikləri üçün gəlməyiblər. Bu gün İctimai Palata deyilən qurum iflasa uğradı. Biz bunun belə olacağını bilirdik. Keçən dəfə rayonlardan beş-altı adamı pul verib gətirmişdilərsə, bu dəfə həmin adamlar da gəlmədi. Bu gün olanlar sübut edir ki, Azərbaycan xalqı ağı qaradan seçə bilir".
S. Novruzov deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya kütləvi aksiyanın keçirməsi üçün yer ayırsa da, onlar sosial bazaları olmadığından həmin yerdən imtina edib: "Qəzetlərə müsahibə verib deyirlər ki, həmin ərazidən şəhər görünmür. Bəyəm şəhərə baxmağa gedirsən, yoxsa aksiya keçirməyə? Bütün bunlar göstərir ki, həmin adamların məqsədi ara qarışdırmaqdır. Əks halda, razılaşdırılmış yerdə aksiya keçirərdilər. Keçirsinlər, jurnalistlər də, bəzi beynəlxalq təşkilatlar da, səfirlər, onların köməkçiləri, pul verənləri gəlib baxsın. Bir səfirin İsa Qəmbərlə dialoqu var. Səfir deyir 600 adam çıxartmışdınız, İsa Qəmbər də deyir yox, 800 adam idi. Sonra ictimaiyyətə də bəyan edirlər ki, 5 min adam olub. Ayıbdı axı... Bunlar Azərbaycan seçicisinin 0,1 faizinin belə dəstəyini ala bilmirlər".
S. Novruzov İctimai Palatanın qanunsuz təşkilat olduğunu da söyləyib: "İP-in ipinin kimin əlində olması da bəllidir, ipi tərpətdikcə, bunlar da tərpənir, hərəkət edir. Ancaq bugünkü baş tutmayan aksiyadan sonra onların ictimaiyyət arasına çıxmağa üzləri, deməyə sözləri olmamalıdır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
Panama Prezidenti Prezident İlham Əliyevi təbrik edib
-
XİN başçıları İstanbul bəyannaməsi imzaladılar - Tam mətn
XƏBƏR LENTİ
-
Bill Qeytsdən işçilərinə ETİRAF: keçmiş arvadı onu 20-dən çox xəyanətdə ittiham edib
-
Gül sirkəsi: Faydaları, istifadə sahələri və diqqət edilməli məqamlar
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB