İdman

“Bu, dünya çempionatı yox, fəlakətdir” - İran millisinin kapitanı

27 İyun 2026 18:25
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran millisinin kapitanı Mehdi Taremi DÇ-2026-nın qrup mərhələsinin son turunda Misirlə 1:1 hesablı heç-heçədən sonra FİFA və turnirin təşkilatçılarını sərt tənqid edib.

Milli.Az xəbər verir ki, təcrübəli hücumçu komandasının çempionat boyu logistika problemləri və dəstək çatışmazlığı ilə üzləşdiyini bildirib.

"Biz bununla bağlı ilk gündən şikayət edirik. Bu, dünya çempionatı deyil, fəlakətdir. Biz peşəkar futbolçularıq və peşəkar turnirdə çıxış edirik. Bu isə nə düzgün, nə də ədalətlidir. Əgər FİFA bunu ədalətli hesab edirsə, bu artıq onların problemidir. Bizə kim kömək etmək istəyir? Heç kim. Birinci oyundan sonra İnfantino paltardəyişmə otağımıza gəlib bütün problemlərin həll olunacağını dedi. Amma reallıqda FİFA heç nə etmədi", - deyə Taremi bildirib.

Qeyd edək ki, İran millisi qrup mərhələsini 3 xalla başa vurub və hazırda ən yaxşı üçüncülər sırasından 1/16 finala yüksəlmək üçün digər qrupların nəticələrini gözləyir. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.