İsa Həbibbəylinin nadir əlyazmaya davranışı müzakirə yaratdı - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AMEA-nın prezidenti İsa Həbibbəyli Vatikandan gələn nümayəndə heyətinə XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasını nümayiş etdirərkən onu kobud şəkildə vərəqləyib.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, akademikin bu hərəkəti qədim əlyazmaların qorunmasına xüsusi həssaslıqla yanaşan qonaqların narazılığına səbəb olub. Vatikan nümayəndələri əlyazmanın daha ehtiyatla və asta şəkildə vərəqlənməsinin vacibliyini akademikin diqqətinə çatdırıblar.
Məsələ ilə bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat xidmətindən bildirilib ki, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir:
"Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur".
Buna baxmayaraq, Əlyazmalar İnstitutu sözügedən əlyazma ilə qeyri-normal davranıldığını da bu cür etiraf edib:
"Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
-
İsa Həbibbəylinin nadir əlyazmaya davranışı müzakirə yaratdı - (Video)
-
Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
XƏBƏR LENTİ
-
Yaşar Yusub ailəsi ilə istirahətdə (Foto)
-
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
-
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
Əfqanıstanda 6,1 maqnitudalı zəlzələ baş verib
-
“Bu, dünya çempionatı yox, fəlakətdir” - İran millisinin kapitanı
-
Azərbaycanlı şoumen Timur xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İsa Həbibbəylinin nadir əlyazmaya davranışı müzakirə yaratdı - (Video)
-
Bakıdakı UFC turniri start götürüb
-
İran və BƏƏ arasında Cəbəl Əli limanı üzərindən ticarət bərpa olunub
-
Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Zelim qızıl, Hidayət bürünc qazandı
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi itdi
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu
-
Yeşilçamın “Al Yazmalı”sından Kadir İnanıra son vida - (Foto)
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)





