İdman

"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik

27 İyun 2026 21:10
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi "VSG Tirol"la üz-üzə gəlib. Matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Kamilo Duran və Zakaria Savo fərqləniblər. Klubun yeni transferi olan Savo matçda het-trik edib.

Avstriya bundesliqa təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.

Xatırladaq ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama matçı oynayacaq. Komanda iyulun 1-də Ukrayna "Xarkov"u ilə (Bakı vaxtı ilə saat 15:00) və Macarıstan "Ferentsvaroş"u ilə (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.