Siyasət
Eldar Mahmudov ordu generalı ilə görüşdü - FOTO
12 May 2015 16:52
Baxış: 3 629
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ordu generalı Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, görüşdə nazir E.Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusilə beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər haqqında danışmışdır. Təhlükəsizlik məsələləri ilə əlaqədar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini önə çəkən general-polkovnik E.Mahmudov qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitlik üçün yaratdığı təhdidlər, problemin hələ də həllini tapmamasından irəli gələn fəsadlar barədə ətraflı məlumat vermişdir.
N.Patruşev göstərilən qonaqpərvərliyə, eləcə də hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər üzrə müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. Qonaq Rusiya və Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulamış, hər iki xalqın mənafelərinin, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması naminə ölkələrimizin aidiyyəti strukturları, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmişdir.
İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılmışdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?