Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul edib (Foto)
Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghaniyi qəbul edib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib:
"Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, Azərbaycan-Malayziya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə səylərin artırılması imkanları nəzərdən keçirilib. Azərbaycanın tranzit-logistika imkanları və enerji təhlükəsizliyində rolu müzakirə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və D-8 çərçivəsində Azərbaycan və Malayziyanın bir-birini qarşılıqlı dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin çoxtərəfli platformalarda qarşılıqlı dəstək və həmrəyliklə də müşayiət olunduğu qeyd edilib.
Söhbət zamanı, cari ildə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb".
Məlumatda qeyd edilib ki, görüşdə, nazir Ceyhun Bayramov həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.
"Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edib, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul edib (Foto)
-
Azərbaycan Moskvadakı təxribatı qəti pislədi
-
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb
-
Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda yeni sistemin açılışı keçirilib - (Video)
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
XƏBƏR LENTİ
-
"Sabah"ın ilk rəqibi "Barselona" oldu - YENİLƏNİR - CANLI
-
"İki dəfə dünya gözümün önündə dayandı" - Aleksey İsayev
-
“Qarabağ”-“Tvente” matçı 15 dəqiqə gec başlayacaq - Yenilənib
-
Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib
-
Qalibaf: Tramp administrasiyası səhv qərarlar qəbul edir
-
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - Yenilənib (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Elnarə Təhməzova tələbə oldu
-
Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul edib (Foto)
-
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
-
İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib
-
Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib - (Foto)
-
Çörək paketində bu rəng varsa, əsla almayın: Bayat çıxır
-
Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar
-
Ziyafət Tağıyeva vəzifəsindən azad edildi
-
Dünyada ən çox yeyilən ət bəlli oldu
-
“Fənərbaxça” qapıçısı Dominik Livakoviçlə yollarını ayırıb
-
Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv edildi
-
“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş... - (Foto)
-
Tramp İrana qarşı mövqeyini açıqladı - Danışıqlar dayandırılıb
-
Bakıda yeni mənzil almaq istəyənlərə pis xəbər
-
Soyqırımı törətməkdə təqsirli bilinən Ratko Mladiç vəfat edib
-
Bakıdan Tiflisə gedən sərnişindən kokain çıxdı
-
İlin son tutulması sabah baş verəcək - Azərbaycanda görünəcəkmi?





