Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv olunub.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, keçmiş deputat Aleksandr Qliskovun işi üzrə əsas şahid hesab olunan Səməd Yusubov Krasnoyarsk diyarının Qanunvericilik Məclisinə seçki yarışından kənarlaşdırılıb.
Məlumata görə, Yusubov Rusiya Kommunist Partiyasının Şarıpovo regional qrupunda siyahının birinci nömrəsi olub. Lakin avqustun 21-də seçki komissiyası partiyanın diyar komitəsinin bürosunun qərarı əsasında onu namizədlər siyahısından çıxarıb. Qərarın səbəbləri ictimaiyyətə ətraflı açıqlanmayıb.
Səməd Yusubov uzun illər "KrayDEO" müəssisəsində çalışıb, rəhbər müavini və direktor vəzifələrini tutub. O, 2018-2023-cü illərdə "Ədalətli Rusiya" Partiyasından Krasnoyarsk Şəhər Şurasının deputatı olub.
2023-cü ildə Yusubov özü də vəzifə səlahiyyətlərindən sui-istifadə işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Lakin 2024-cü ilin fevralında cinayət təqibinə müddətin keçməsi səbəbindən xitam verilib. İşdə 3,6 milyon rublun ehtimal olunan mənimsənilməsi ilə bağlı epizod da yer alıb.
Daha sonra Yusubovun ifadələri Aleksandr Qliskovun cinayət işi üçün mühüm əhəmiyyət daşıyıb. İstintaqın versiyasına görə, Qliskov 2017-ci ildə vasitəçi ilə "KrayDEO" rəhbərinin müavinindən himayədarlıq müqabilində 5 milyon rubl tələb edib və bunun 1 milyon rublunu alıb. Qliskov ittihamları qəbul etməyib.
2024-cü ilin oktyabrında o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2026-cı ilin fevralında Krasnoyarsk Diyar Məhkəməsi hökmü ləğv edib və işi prokurorluğa qaytarıb.
Avqust ayında Qliskova yeni ittiham irəli sürülüb. Ehtimal olunan rüşvətin verilmə müddəti 2017-ci il mayın 18-22-si kimi dəqiqləşdirilib, "KrayDEO"ya qarşı "informasiya təzyiqi" dövrü isə 2016-cı ilin oktyabrına qədər genişləndirilib. Müdafiə tərəfi hesab edir ki, ittihamdakı bu dəyişikliklər mövcud materiallara uyğunlaşdırma cəhdidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - (Foto)
-
Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv edildi
-
Soyqırımı törətməkdə təqsirli bilinən Ratko Mladiç vəfat edib
-
Bakıdan Tiflisə gedən sərnişindən kokain çıxdı
-
Moskvadakı səfirliyimizin önündəki təxribatın görüntüləri yayıldı - (Video)
-
Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü
XƏBƏR LENTİ
-
Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib - (Foto)
-
Çörək paketində bu rəng varsa, əsla almayın: Bayat çıxır
-
Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar
-
Ziyafət Tağıyeva vəzifəsindən azad edildi
-
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Dünyada ən çox yeyilən ət bəlli oldu
-
“Fənərbaxça” qapıçısı Dominik Livakoviçlə yollarını ayırıb
-
Rusiyada azərbaycanlı direktorun namizədliyi ləğv edildi
-
“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş... - (Foto)
-
Tramp İrana qarşı mövqeyini açıqladı - Danışıqlar dayandırılıb
-
Bakıda yeni mənzil almaq istəyənlərə pis xəbər
-
Soyqırımı törətməkdə təqsirli bilinən Ratko Mladiç vəfat edib
-
Bakıdan Tiflisə gedən sərnişindən kokain çıxdı
-
UEFA Çempionlar Liqasının püşkatma mərasimi bu kanalda yayımlanacaq
-
İlin son tutulması sabah baş verəcək - Azərbaycanda görünəcəkmi?
-
Moskvadakı səfirliyimizin önündəki təxribatın görüntüləri yayıldı - (Video)
-
Məktəblilər bu halda 100 dollar qazanacaqlar - Şərtlər açıqlandı
-
Mənzil hansı qiymətə qədər yaxşı investisiyadır?
-
Metronun iş rejimi dəyişəcək
-
Məşhur brendlərin loqolarına diqqətlə baxın - Gizli məna ortaya çıxdı
-
Azərbaycan Moskvadakı təxribatı qəti pislədi
-
Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək
-
Azərbaycanlı bloqer cütlüyün rəqsi birmənalı qarşılanmadı - (Video)





