Ölkə

Milli Kibertəhlükəsizlik Agentliyində yeni təyinatlar

27 Avqust 2026 18:29
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları olub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov müvafiq əmrlər imzalayıb.

Belə ki, Cəfərov Ceyhun Allahşükür oğlu Kiber əməliyyatları departamentinin direktoru, Əliyev Nizami Mərdan oğlu İnformasiya Texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin direktoru, Fərzəliyev Sahil Yaqub oğlu isə İnformasiya texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin İnfrastruktur təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl C.Cəfərov ABB-də, N.Əliyev "Azerikard"da, S.Fərzəliyev isə "Azərsilah" Müdafiə Sənayesi Holdinqində rəhbər vəzifəsində çalışıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.