Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur - Kamaləddin Qafarov
"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiya getdikcə daha mühüm yer tutur".
Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında söyləyib.
O, bidirib ki, dünyanın aparıcı iqtisadi güclərindən biri olan Almaniya ilə yüksəksəviyyəli təmasların intensivləşməsi təkcə siyasi münasibətlərin inkişafına deyil, həm də qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə xidmət edir."Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bu baxımdan mühüm mesajlar verdi. Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirib. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu gün beynəlxalq biznes dairələri üçün etibarlı və perspektivli tərəfdaş kimi qəbul olunur. Almaniya kimi sənaye və texnologiya nəhəngi olan bir dövlətlə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biri kimi çıxış edir."
Millət vəkili qeyd edib ki, səfərin ilk günündə Prezident İlham Əliyevin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşü xüsusi diqqət çəkdi. Bu görüş Almaniya işgüzar dairələrinin Azərbaycana olan marağının davamlı xarakter aldığını göstərməklə yanaşı, yeni investisiya layihələrinin reallaşdırılması üçün geniş imkanların mövcudluğunu da ortaya qoydu. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, sabit siyasi mühiti və dinamik iqtisadi inkişafı Almaniya şirkətlərinin ölkəmizə marağını şərtləndirən əsas amillər sırasındadır. Bu gün Azərbaycan yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də regionun əsas logistika və sənaye mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir. Xəzər hövzəsini Avropa ilə birləşdirən nəqliyyat marşrutlarının inkişafı, Orta Dəhlizin genişləndirilməsi, yeni sənaye zonalarının yaradılması ölkəmizin iqtisadi potensialını daha da artırır. Almaniya kimi yüksək texnologiyalar və innovasiyalar sahəsində böyük təcrübəyə malik dövlətlə əməkdaşlıq bu imkanların daha səmərəli reallaşdırılmasına xidmət edə bilər. Azərbaycan və Almaniya nümayəndə heyətlərinin keçirdiyi görüşlərdə iqtisadi əlaqələrin geniş spektrdə müzakirə olunması təsadüfi deyil. Enerji, yaşıl texnologiyalar, rəqəmsal transformasiya, sənaye kooperasiyası, nəqliyyat, logistika və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələr Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. Səfər çərçivəsində imzalanan sənədlər də iqtisadi münasibətlərin gələcək inkişafına mühüm hüquqi baza formalaşdırır. Bu sənədlər qarşılıqlı etimadın möhkəmləndiyini, tərəflərin uzunmüddətli və davamlı əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir. İqtisadi əlaqələrin institutsional əsaslarının gücləndirilməsi gələcəkdə ticarət dövriyyəsinin artmasına, investisiyaların genişlənməsinə və birgə layihələrin sayının çoxalmasına əlverişli şərait yaradacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi diplomatiya Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Xarici investorlar üçün etibarlı tərəfdaş imicinin güclənməsi, ölkəmizin regional iqtisadi layihələrdə aparıcı rolunun artması və yeni bazarlara çıxış imkanlarının genişlənməsi bu siyasətin real nəticələridir. Ölkə başçısının Almaniyaya rəsmi səfəri bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıqda təşəbbüskar, etibarlı və məsuliyyətli tərəfdaşdır. İki ölkə arasında formalaşan yeni əməkdaşlıq mühiti təkcə bugünkü münasibətlərin deyil, həm də gələcək onilliklərin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən biri olacaq. Prezident İlham Əliyevin bu səfəri iqtisadi tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilə bilər".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
-
Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
-
Paşinyan Mertslə Azərbaycanla sülhdən danışdı
-
Nyu-York şəhərinin meri: Netanyahu Nyu-Yorka gələrsə, həbs edin
-
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
XƏBƏR LENTİ
-
Bloqer Arifənin əri ilə birgə atdığı çəki diqqət çəkdi - (Fotolar)
-
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
-
Xaçmazda dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı
-
Marko Rubio: “İran razılaşma üçün yalvarır, amma hazır deyil”
-
Eldar Əzizov Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb
-
Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur - Kamaləddin Qafarov
-
Mbappe Oliseni “Real”a keçməyə inandırdı
-
Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında mübahisə - (Video)
-
Azərbaycanda 39 dərəcə isti olacaq
-
Azərbaycanda qatar cədvəli, marşrutlar və bilet alışı – artıq DAY.AZ-da
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Kəmalə Günəşli: "Geyim insanın əxlaqını, tərbiyəsini göstərir" - (Video)
-
Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlandı
-
Konqoda Ebola virusuna yoluxanların sayı 2 500-ü keçib
-
Argentina Futbol Assosiasiyasının prezidenti saxlanıldı
-
Şəbnəm Naibli: "Onlar evində sözü keçməyən kişiciklər, ərindən xəbəri olmayan qadınlardır"
-
AKİ-də “qanunsuz seçki” iddiası: Əli İsa Cabbarovla bağlı araşdırma tələb olunur
-
Peşə məktəblərinə qəbul başladı: 5 yeni ixtisas tədris olunacaq
-
“CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir
-
Ronaldo ilə Karlos atışıb klub alırlar
-
İyul ayının pensiyaları tam ödənildi
-
Sumqayıtda evdə kişi meyiti tapıldı
-
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
-
ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər





