“Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" sabah Bakıda Avroliqanın 2-ci təsnifat mərhələsində Bolqarıstanın MOİK komandası ilə qarşılaşacaq.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunla əlaqədar mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara cavab verib.
- Dünən "Sabah" qalib gəldi, onları təbrik edirəm. Bu gün isə "Neftçi"yə uğurlar arzulayıram. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Bu, fərqli rəqibdir, onun öz üslubu var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq.
- Artıq iki rəsmi oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?
- Tam olaraq belə olduğunu deməzdim, amma hər şey yaxşıya doğru gedir. Çox istərdim ki, düşündüklərimizi bütün 90 dəqiqə ərzində həyata keçirə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Planlaşdırdığımız kombinasiyaları həmişə sabit şəkildə yerinə yetirmək alınmır. Zaman keçdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə də matç ərzində tez-tez nəyisə dəyişməli oluruq. Hər halda, ümumilikdə işlər düzgün istiqamətdə gedir.
- MOİK ilə oyun "Qarabağ"ın hazırkı gücünü göstərəcək?
- Komandanın oyununu sabitləşdirmək və yaxşılaşdırmaq elə də asan deyil, çünki hazırlıq planında bəzən problemlər yaranır. Futbolçular fərqli vəziyyətdə görünürlər. Üstəlik, yayın istisini nəzərə alsaq, dinamikanın azalması normaldır. İllərdir bu mərhələdən keçirik və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik olub və bu da təsir göstərə bilər. Optimal formaya nə vaxt çatacağımızı demək çətindir. Əminəm ki, tədricən inkişaf edəcəyik.
- PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq edəcək. Məsələn, sistemə sarı vərəqələr və künc zərbələri ilə bağlı da müraciət etmək mümkün olacaq. Bu qərara münasibətiniz necədir?
- Komandada futbolçular nə qədər çox olarsa, problemlər də bir o qədər çox olar. Hakimlikdə də belədir: nə qədər çox detal əlavə olunarsa, narazılıq da bir o qədər artacaq. VAR-ın tətbiqindən sonra hakim qərarları ilə bağlı şikayətlər çoxalıb. Hər xırda detal özü ilə əlavə problemlər gətirir. Məncə, problemlər və mübahisəli vəziyyətlər daha da artacaq.
- MOİK iki gün əvvəl çempionat oyununa çıxıb. Bu, sizin xeyrinizədir?
- Bu suala cavab vermək çətindir. Düzünü desəm, mən də istərdim ki, futbolçuların daha çox oyun təcrübəsinin olması üçün arada hansısa matç keçirək. Hazırkı vəziyyətdə oyun nə qədər çox olsa, bir o qədər faydalıdır.
- Transferlərlə bağlı yenilik varmı?
- Konkret heç nə yoxdur. İşimiz davam edir. Çalışırıq. Alınsa, iki transfer həyata keçirəcəyik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
-
“Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
-
Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
-
“Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub - (Yenilənib)
-
Kızılcık şerbeti" bu tarixdə yayımlanacaq
-
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan edildi
-
Paşinyan Mertslə Azərbaycanla sülhdən danışdı
-
Bakı Qızlar Universiteti akkreditasiya olunmuş hesab edilmədi
-
Stress Xatirə Yüzbəyovanı xəstəxanalıq etdi
-
Elzar Ağayev departament müdiri təyin olundu
-
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
-
Sabah Biləsuvarın bəzi hissələrində qaz kəsiləcək
-
MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - (Foto)
-
Çəkilişlə dəyişən tale - 19 yaşındakı Dünya Çempionu
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)
-
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib - (Foto)
-
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
-
Bakının bu ərazisində zibil, ilan və küçə itləri sakinləri çıxılmaz vəziyyətdə qoyub
-
“Bibi Heybət”in imamının diplomu tanınmadı
-
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
-
UEFA reytinqi: İsraili keçməyimizə az qalıb





