Bakı Qızlar Universiteti akkreditasiya olunmuş hesab edilmədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
Milli.Az xəbər verir ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.
Qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.
Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Proqram akkreditasiyası üzrə "İbtidai sinif müəllimliyi" ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.
"Məktəbəqədər təhsil" ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da "uyğun deyil" nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.
Qeyd edək ki, Akkreditasiya Şurasının qərarlarından sonra akkreditasiya olunmuş ali təhsil müəssisələri və təhsil proqramları üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədilə fəaliyyət planları hazırlanacaq və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırılacaq.
Akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dövlət təhsil standartlarına uyğunluğun təmin edilməsinə və ali təhsil sistemində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kızılcık şerbeti" bu tarixdə yayımlanacaq
-
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan edildi
-
Paşinyan Mertslə Azərbaycanla sülhdən danışdı
-
Bakı Qızlar Universiteti akkreditasiya olunmuş hesab edilmədi
-
Stress Xatirə Yüzbəyovanı xəstəxanalıq etdi
-
Elzar Ağayev departament müdiri təyin olundu
-
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
-
Sabah Biləsuvarın bəzi hissələrində qaz kəsiləcək
-
MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - (Foto)
-
Çəkilişlə dəyişən tale - 19 yaşındakı Dünya Çempionu
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)
-
“Neftçi” “Dinamo”ya qarşı - Start heyətlər
-
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib - (Foto)
-
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
-
Bakının bu ərazisində zibil, ilan və küçə itləri sakinləri çıxılmaz vəziyyətdə qoyub
-
“Bibi Heybət”in imamının diplomu tanınmadı
-
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
-
UEFA reytinqi: İsraili keçməyimizə az qalıb
-
Nyu-York şəhərinin meri: Netanyahu Nyu-Yorka gələrsə, həbs edin
-
Rəqsanənin əri ilə avtomobildə romantik anları diqqət çəkdi - (Video)
-
Motosiklet sürən qızdan gözünü çəkə bilmədi - Qəza törətdi - (Video)
-
Lökbatanda "unudulmuş" küçə: Sakinlər palçıq və zibil içində əziyyət çəkir





