MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 22-də Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ardınca isə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi qarşıda duran əsas vəzifələrdəndir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "İki sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan milli mətbuatı ölkəmizin ictimai fikir tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli özünüdərkin və maarifçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb.
O vurğulayıb ki, Azərbaycan mətbuatı ötən dövr ərzində cəmiyyətin inkişafına, milli dəyərlərin qorunmasına və ictimai şüurun formalaşmasına mühüm töhfələr verib.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova çıxışında müasir media mühitində etik jurnalistika prinsiplərinin, peşəkar həmrəyliyin və media subyektləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, etibarlı informasiya mühitinin formalaşdırılması və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Rafiq Həşimov çıxışında Azərbaycan milli mətbuatının ayrılmaz tərkib hissəsi olan televiziya və radionun cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində və mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
O bildirib ki, sürətlə dəyişən informasiya mühitində medianın üzərinə düşən məsuliyyət daha da artır, peşəkarlıq, operativlik və ictimai etimad isə bu sahənin əsas prinsipləri olaraq qalır.
Daha sonra Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Elzar Ağayev departament müdiri təyin olundu
-
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
-
Sabah Biləsuvarın bəzi hissələrində qaz kəsiləcək
-
MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - (Foto)
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)
-
Vətən müharibəsi iştirakçısı vəfat etdi
XƏBƏR LENTİ
-
Elzar Ağayev departament müdiri təyin olundu
-
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
-
Sabah Biləsuvarın bəzi hissələrində qaz kəsiləcək
-
MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - (Foto)
-
Çəkilişlə dəyişən tale - 19 yaşındakı Dünya Çempionu
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)
-
“Neftçi” “Dinamo”ya qarşı - Start heyətlər
-
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib - (Foto)
-
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
-
Bakının bu ərazisində zibil, ilan və küçə itləri sakinləri çıxılmaz vəziyyətdə qoyub
-
“Bibi Heybət”in imamının diplomu tanınmadı
-
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
-
UEFA reytinqi: İsraili keçməyimizə az qalıb
-
Nyu-York şəhərinin meri: Netanyahu Nyu-Yorka gələrsə, həbs edin
-
Rəqsanənin əri ilə avtomobildə romantik anları diqqət çəkdi - (Video)
-
Motosiklet sürən qızdan gözünü çəkə bilmədi - Qəza törətdi - (Video)
-
Lökbatanda "unudulmuş" küçə: Sakinlər palçıq və zibil içində əziyyət çəkir
-
Özbəkistan onu Azərbaycana təhvil verdi
-
Messi ilə belə vidalaşdılar - (Video)
-
Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)
-
"Hakim nədənsə rəsmi qurumun məlumatlarına göz yumaraq qətnamə çıxardı" - Yepiskopla hüquqşünasın davası davam edir
-
Epşteynin köməkçisi olduğu bilinən adam ölü tapıldı - FOTO





