Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaq tək oynayırsa və oyuncaqlarını paylaşmaq istəmirsə, bu, onun psixoloji inkişafının tamamilə normal mərhələsidir. Belə vəziyyətlərdə uşağı digər uşaqlarla oynamağa və ya oyuncaqlarını paylaşmağa məcbur etmək müsbət nəticə verməyəcək".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı səsləndirib.
Psixoloqun sözlərinə görə, adətən üç-dörd yaşına qədər uşaqlar oyuncaqlarını özlərinin bir hissəsi kimi qəbul edirlər. Bu səbəbdən onları zorla əlindən almaq və ya başqa uşağa verməyə məcbur etmək psixoloji travmaya səbəb ola bilər.
"Uşaq tək oynayarkən onun şəxsi sərhədləri formalaşır. Bu, daxili "Mən"inin və sosial sərhədlərinin inkişafını göstərən təbii prosesdir. Uşaq öz muxtariyyətini qurur, ona aid olanlarla başqalarına aid olanları ayırd etməyi öyrənir. Bu dövrdə onun özünəməxsus, sirrləri və xəyal dünyası yaranır. Bəzən uşağın tək qalmağa, öz hekayələrini qurmağa və görünməz dostları ilə oynamağa ehtiyacı olur. Öz otağında rahat şəkildə tək oynaya bilməsi ona psixoloji rahatlıq və təhlükəsizlik hissi verir, bu isə gələcəkdə özgüvənin formalaşmasına müsbət təsir göstərir", - deyə Elnarə Baxışlı bildirib.
Mütəxəssis qeyd edib ki, uşaqlar oyun vasitəsilə ətraf aləmi dərk edir və onların qurduğu oyun ssenarilərində mənimsədikləri dünya əks olunur.
"Əgər oyunlar davamlı olaraq eyni ssenari üzrə qurulur, məhdud və ya aqressiv xarakter daşıyırsa, bu, uşağın dünyanı məhz həmin çərçivədə qavradığını göstərə bilər. Daim eyni oyuncaqlarla eyni formada oynamaq uşağın davranış modelinin məhdud olduğunu göstərir. Bununla yanaşı, uşaqlar müxtəlif mühitlərdə fərqli davranış nümayiş etdirə bilərlər. Məsələn, bir qrup tanış arasında utancaq və çəkingən görünən uşaq, başqa mühitdə daha ünsiyyətcil, zarafatcıl və enerjili ola bilər. Zaman keçdikcə uşaq öz duyğularını, yaşadıqlarını, daxili dünyasını və sevimli oyuncaqlarını valideynləri, baxıcısı və yaşıdları ilə bölüşməyi öyrənməlidir", - deyə psixoloq vurğulayıb.
Elnarə Baxışlı bildirib ki, uşaq birgə oyunlarda çətinlik yaşayırsa, ilk növbədə onun hüquqlarına və şəxsi sərhədlərinə hörmətlə yanaşmaq lazımdır.
"Əvvəlcə uşağınızın mülkiyyət hüququnu qəbul edin. Ona "yox" demək hüququ verin. Ən əsası isə oyuncağını paylaşmaq istəmədiyi üçün uşağı "acgöz" adlandırmayın və onu utandırmayın. Daha sonra onunla birlikdə müxtəlif oyunlar oynayın, baxdığı cizgi filmlərinin və ya oyun səhnələrinin süjetlərini birlikdə canlandırın. Bu, uşağınızın daxili dünyasını, düşüncələrini və maraqlarını daha yaxından tanımağınıza kömək edəcək", - deyə mütəxəssis əlavə edib.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Epşteynin köməkçisi olduğu bilinən adam ölü tapıldı - FOTO
-
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
-
Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)
-
"Neftçi" UEFA Çempionlar Liqasına qələbə ilə başladı
-
Türkiyəyə məxsus yük gəmisinə hücum – Ölən və yaralananlar var
-
Tarif Şurası bəzi dərmanların qiymətləri ilə bağlı qərar verdi
-
Cennifer Lopez ad günü vannada qeyd etdi
-
Rüfət Əhmədzadənin meyiti tapıldı
-
Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr
-
Ukrayna ordusuna yeni Baş Qərargah rəisi təyin edildi
-
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
-
Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
-
“Dubai Mall"da geyim qadağası
-
"Jurnalsitika" adı altında vətənə xəyanət - Siyasi sifariş icraçıları
-
"Fənərbağça" axtardığı hücumçunu tapdı
-
"Arzum"un azadlıqda ilk görüntüləri - (Video)
-
Türkiyəli 5 məşhur ifadəyə çağırıldı
-
Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib
-
Prezident İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi təsdiqlədi
-
Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
-
Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)
-
Ankarada təlim vertolyotu qəzaya uğradı - Ölən və yaralılar var - Yenilənib
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiq edilib





