"Jurnalsitika" adı altında vətənə xəyanət - Siyasi sifariş icraçıları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir dövrdə informasiya cəbhəsi ən azı hərbi, siyasi və iqtisadi cəbhələr qədər əhəmiyyət daşıyır. Xüsusilə sosial medianın sürətlə inkişaf etdiyi bir vaxtda hər kəs özünü jurnalist, ekspert və ya ictimai fəal kimi təqdim edə bilir. Lakin peşə adı daşımaq hələ həmin peşənin prinsiplərinə əməl etmək demək deyil.
Son illərdə Avropada yaşayan və müxtəlif platformalarda fəaliyyət göstərən bəzi şəxslərin özlərini "jurnalist", "media nümayəndəsi" və ya "müstəqil bloqer" kimi təqdim etməsi tez-tez müşahidə olunur. Onların fəaliyyəti isə cəmiyyətdə mühüm bir sualı aktuallaşdırır: jurnalistika harada bitir, siyasi aktivizm harada başlayır?
Jurnalistika təkcə informasiya yaymaq deyil. Bu peşə faktları araşdırmaq, müxtəlif tərəflərin mövqeyini öyrənmək, informasiyanı yoxlamaq və oxucuya obyektiv mənzərə təqdim etmək öhdəliyi daşıyır. Peşəkar jurnalist üçün əsas meyar şəxsi simpatiya və ya antipatiya deyil, həqiqətin araşdırılmasıdır. O, xəbəri əvvəlcədən formalaşdırılmış nəticəyə uyğunlaşdırmır. Əksinə, faktların onu hansı nəticəyə apardığını göstərməyə çalışır.
Bu səbəbdən jurnalistikanın ən böyük kapitalı etibardır. Etibar itiriləndə isə peşənin özü də mənasını itirməyə başlayır.
Son dövrlərdə bəzi şəxslərin fəaliyyətinə nəzər saldıqda görünür ki, onlar jurnalistikanın əsas prinsiplərindən daha çox siyasi kampaniya metodlarından istifadə edirlər. Hətta biraz da irəli gedərək vətənə xəyanət prosesini "jurnalsitika" adı altında icra edirlər.
Hadisələrin yalnız bir tərəfi təqdim olunur, fərqli mövqelərə yer verilmir, emosional çağırışlar, söyüş ritorikası faktların önünə keçir, sosial media isə informasiya platformasından daha çox siyasi təbliğat vasitəsinə çevrilir.
Belə fəaliyyət jurnalistika deyil. Bu, siyasi aktivizmdir. Siyasi aktivizmin özü qanunsuz və ya qeyri-legitim fəaliyyət hesab edilə bilməz. Hər bir insan öz siyasi mövqeyini ifadə etmək hüququna malikdir. Problem həmin fəaliyyətin jurnalistika adı altında təqdim edilməsindədir. Oxucu jurnalistdən məlumat gözləyir, siyasi kampaniya yox.
İctimai rəydə "jurnalist" anlayışı hələ də yüksək etibar daşıyır. Məhz buna görə bəzi şəxslər bu statusdan daha çox auditoriya toplamaq və söylədiklərinə legitimlik qazandırmaq məqsədilə istifadə edirlər. Lakin peşə adı heç kimi avtomatik olaraq haqlı etmir.
Bugünkü geosiyasi şəraitdə informasiya müxtəlif dövlətlərin və siyasi qrupların istifadə etdiyi əsas alətlərdən birinə çevrilib. Müxtəlif ölkələrdə fəaliyyət göstərən media layihələri, sosial şəbəkə platformaları və rəqəmsal kanallar informasiya məkanında təsir uğrunda rəqabət aparırlar.
Belə bir şəraitdə jurnalistin üzərinə düşən məsuliyyət daha da artır.
Peşəkar jurnalist emosiyaların deyil, faktların tərəfində dayanmalıdır. O, məlumatı yoxlamadan yaymamalı, ittihamları sübuta əsaslandırmalı, auditoriyanı manipulyasiya etməyə deyil, məlumatlandırmağa çalışmalıdır.
Əks halda jurnalistika ictimai nəzarət mexanizmi olmaq əvəzinə siyasi texnologiyanın bir hissəsinə çevrilir. İnformasiya bolluğu dövründə auditoriyanı uzun müddət aldatmaq mümkün deyil.
Oxucu zaman keçdikcə hansı müəllifin araşdırma apardığını, hansının isə yalnız emosional çıxışlar etdiyini ayırd edə bilir. Faktlara söykənən yazılar illərlə aktuallığını qoruyur, təbliğat xarakterli materiallar isə gündəlik siyasi mübarizənin bir hissəsi kimi unudulur. Məhz buna görə peşəkar jurnalistika hər zaman öz dəyərini saxlayır. Bu gün jurnalistika müxtəlif çağırışlarla üz-üzədir. Sosial media sürəti artırıb, süni intellekt informasiya istehsalını dəyişib, siyasi qütbləşmə isə medianın üzərinə əlavə təzyiq yaradıb. Belə bir dövrdə ən vacib məsələ jurnalistikanın mahiyyətini qorumaqdır.
Özünü jurnalist adlandırmaq kifayət deyil. Jurnalist olmaq üçün peşənin prinsiplərinə sadiq qalmaq, faktları yoxlamaq, balanslı yanaşma nümayiş etdirmək və ictimai maraqlara xidmət etmək lazımdır. Əks halda mikrofon jurnalistin yox, siyasi kampaniya aparan şəxsin əlində sadəcə təbliğat alətinə çevrilir.
Cəmiyyət isə jurnalistdən emosional şüarlar deyil, həqiqəti gözləyir. Həqiqət isə yalnız peşəkarlıq, məsuliyyət və obyektivlik üzərində qurulan jurnalistikanın ən böyük dəyəridir.
Asif Mehman
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)
-
Tarif Şurası bəzi dərmanların qiymətləri ilə bağlı qərar verdi
-
Cennifer Lopez ad günü vannada qeyd etdi
-
Rüfət Əhmədzadənin meyiti tapıldı
-
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
-
Bakı metrosunda iş rejimi dəyişdirilir
XƏBƏR LENTİ
-
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
-
Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)
-
"Neftçi" UEFA Çempionlar Liqasına qələbə ilə başladı
-
Türkiyəyə məxsus yük gəmisinə hücum – Ölən və yaralananlar var
-
Tarif Şurası bəzi dərmanların qiymətləri ilə bağlı qərar verdi
-
Cennifer Lopez ad günü vannada qeyd etdi
-
Rüfət Əhmədzadənin meyiti tapıldı
-
Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr
-
Ukrayna ordusuna yeni Baş Qərargah rəisi təyin edildi
-
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
-
Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
-
“Dubai Mall"da geyim qadağası
-
"Jurnalsitika" adı altında vətənə xəyanət - Siyasi sifariş icraçıları
-
"Fənərbağça" axtardığı hücumçunu tapdı
-
"Arzum"un azadlıqda ilk görüntüləri - (Video)
-
Türkiyəli 5 məşhur ifadəyə çağırıldı
-
Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib
-
Prezident İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi təsdiqlədi
-
Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
-
Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)
-
Ankarada təlim vertolyotu qəzaya uğradı - Ölən və yaralılar var - Yenilənib
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiq edilib
-
Taleh Qaraşova itki





