Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib.
Milli.Az bildirir ki, Trend-ə bu fikirləri Trend Beynəlxalq İnformasiya Agentliyi baş redaktoru Emin Əliyev "LinkedIn" səhifəsində paylaşdığı yazıda qeyd edib.
Bu gün biz Azərbaycan Milli Mətbuat Gününü - həyatını jurnalistikaya həsr etmiş hər kəsin peşə bayramını qeyd edirik. Bu əlamətdar gün münasibətilə həmkarlarımı, ölkəmizin bütün kütləvi informasiya vasitələrinin əməkdaşlarını ürəkdən təbrik edirəm! Son illər ərzində biz çox böyük inkişaf yolu keçmişik. Bu yol davamlı tərəqqi dövrü olub.
Biz yeni çoxdilli layihələr yaratdıq, unikal rəqəmsal platformalar hazırlayıb istifadəyə verdik. Məhz bunun sayəsində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda auditoriyamızı genişləndirə bildik və sübut etdik ki, Azərbaycan mediası qlobal informasiya məkanında uğurlu və rəqabətə davamlı ola bilər. Dünyanın ən qabaqcıl həllərindən geri qalmayan müasir platformalara malik olmağımız bizi unikal edir, bizi sıradan bir xəbər resursu olmaqdan uzaqlaşdırır.
Bununla yanaşı, Trend Beynəlxalq İnformasiya Agentliyinin biznes modelini köklü şəkildə yenilədik və regionda ilk dəfə olaraq redaksiyanın idarə edilməsində süni intellekt tətbiq etdik. Bütün bunlar dünyanın aparıcı texnologiyalarını və ən müasir alətlərini özündə birləşdirən, tamamilə özümüz tərəfindən hazırlanmış məhsul və həllərdir.
Həmçinin Avropada yaratdığımız bir sıra xarici layihələri də xüsusi qeyd etmək istərdim. Bu layihələr artıq həmin regionun media məkanında möhkəm mövqe tutublar.
Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli şərait yaradılmasaydı, bunların heç biri mümkün olmazdı. Məhz Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın dəstəyi sayəsində ölkəmizdə müasir və peşəkar mətbuatın formalaşması, jurnalistlərin və bütövlükdə jurnalistikanın inkişafı üçün əlverişli mühit yaradılıb. Bu dəstək Azərbaycan mediasına inamla irəliləməyə, innovasiyalar tətbiq etməyə, davamlı inkişaf etməyə və ölkəmizi beynəlxalq informasiya məkanında layiqincə təmsil etməyə imkan verir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
-
Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib
-
Prezident İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi təsdiqlədi
-
Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiq edilib
-
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb
XƏBƏR LENTİ
-
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
-
Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı - (Foto)
-
"Neftçi" UEFA Çempionlar Liqasına qələbə ilə başladı
-
Türkiyəyə məxsus yük gəmisinə hücum – Ölən və yaralananlar var
-
Tarif Şurası bəzi dərmanların qiymətləri ilə bağlı qərar verdi
-
Cennifer Lopez ad günü vannada qeyd etdi
-
Rüfət Əhmədzadənin meyiti tapıldı
-
Virtual oyunlar uşağa zərər verirmi? – Səhiyyə Nazirliyinin psixoloqundan tövsiyələr
-
Ukrayna ordusuna yeni Baş Qərargah rəisi təyin edildi
-
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
-
Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi dəstək müasir Azərbaycan jurnalistikasının ümumi inkişafının əsasını təşkil edib - Trend BİA-nın baş redaktoru
-
“Dubai Mall"da geyim qadağası
-
"Jurnalsitika" adı altında vətənə xəyanət - Siyasi sifariş icraçıları
-
"Fənərbağça" axtardığı hücumçunu tapdı
-
"Arzum"un azadlıqda ilk görüntüləri - (Video)
-
Türkiyəli 5 məşhur ifadəyə çağırıldı
-
Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib
-
Prezident İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi təsdiqlədi
-
Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
-
Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)
-
Ankarada təlim vertolyotu qəzaya uğradı - Ölən və yaralılar var - Yenilənib
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiq edilib
-
Taleh Qaraşova itki





