“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində imzalanan sənədlər Avropa mediası tərəfindən diqqətdə saxlanılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Euronews" telekanalının saytında Azərbaycan Prezidentinin Almaniyada keçirdiyi görüşlər geniş işıqlandırılıb. Nəzərə çatdırılıb ki, tərəflər strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya, elm və texnologiya sahələrini əhatə edən bir sıra müqavilələr imzalayıblar. Qeyd olunub ki, Almaniya İtaliyadan sonra Azərbaycanla eyni müqaviləni imzalayan ikinci Avropa ölkəsidir.
Yazıda o da vurğulanıb ki, Almaniya Federal kansleri Fridrix Merts görşdən məmnun qalaraq Azərbaycandan qaz ixracının 2 milyard kubmetrə kimi artırılmasının uğurlu addım olduğunu qeyd edib. Azərbaycan Prezidenti ölkəsinin qaz ixracını artırmaq imkanına malik olduğunu vurğulayıb və bunun üçün əlavə investisiyanın zərurətini qeyd edib.
Saytda F.Merz Cənub Qaz Dəhlizini etibarlı təchizat yolu kimi dəyərləndirdiyi və Almaniyanın Azərbaycanla uzunmüddətli münasibətlər qurmaq niyyətində olduğunu bildirdiyi də xüsusi qeyd edilib.
Saytda nəzərə çatdırılıb ki, Azərbaycan artıq Avropanın qaz bazarında təmsil olunur. Avropaya ildə təxminən 12 milyard kubmetr qaz tədarük edən Azərbaycanın ən böyük alıcıları arasında İtaliya, Yunanıstan, Bolqarıstan və Macarıstan da var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb
-
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
XƏBƏR LENTİ
-
"Arzum" hansı şərtlərlə həbsxanadan buraxıldı?
-
"WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
-
Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə
-
Azərbaycan klublarından tarixi rekord...
-
Ayan göz yaşları içində paylaşım etdi - (Video)
-
Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
-
Sabahın havası açıqlandı
-
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb
-
"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb
-
"Arzum" ev dustaqlığına buraxıldı - Məhkəməyə gətirilmə anı - VİDEO
-
Dəniz məhsullarının qiyməti ucuzlaşdı - (Video)
-
Mehdiabadda kişini başından vurub öldürdülər
-
Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi - (Video)
-
Milli Qəhrəmanın bacısı vəfat etdi
-
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Nazir qərar imzaladı
-
ABŞ İranla müharibədə neçə milyard xərcləyib?
-
Ankarada təlim vertolyotu qəzaya uğradı - Yaralılar var
-
Vinisius Junior çənə əməliyyatı etdirdi - Tanınmaz hala düşdü - (Foto-Video)
-
Tofiq Mirzəyev Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq... - (Foto)
-
Bakının bu qəsəbəsində su borusu partladı - Son vəziyyət
-
İqor Krutoyun anası Mayamidə 3.5 milyonluq evi 100 dollara aldı
-
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
-
Modriç yeni müqaviləyə razılıq verdi
-
Avropada anomal istilərin səbəbi bu imiş





