Modriç yeni müqaviləyə razılıq verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xorvatiyalı ulduz futbolçu Luka Modriç karyerasını "Milan" klubunda davam etdirməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata əsasən, tərəflər yeni müqavilənin şərtləri ilə razılığa gəlib. Bildirilir ki, imzalanacaq sözləşmə qısamüddətli olacaq.
40 yaşlı yarımmüdafiəçi ötən mövsümdən "Milan"ın uğurları üçün mübarizə aparır. O, bundan əvvəl 2012-2025-ci illərdə "Real" klubunun heyətində çıxış edərək zəngin titul kolleksiyası əldə edib. Modriç Madrid təmsilçisi ilə altı dəfə UEFA Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının, dörd dəfə İspaniya çempionatının, iki dəfə ölkə kubokunun və beş dəfə İspaniya Superkubokunun qalibi olub.
2018-ci ildə nüfuzlu "Qızıl top" mükafatına sahib çıxan təcrübəli futbolçu karyerası ərzində "Tottenhem", "Dinamo", "İnter Zapreşiç" və "Zrinski Mostar" klublarının da formasını geyinib.
Luka Modriç Xorvatiya millisinin heyətində 2018-ci il dünya çempionatında gümüş, 2022-ci il mundialında isə bürünc medal qazanıb. 2026-cı il dünya çempionatı isə onun futbolçu karyerasında iştirak etdiyi beşinci mundial kimi tarixə düşüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
“Barselona” Diomandedən imtina edib
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
XƏBƏR LENTİ
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq





