Cəmiyyət

Lökbatanda "unudulmuş" küçə: Sakinlər palçıq və zibil içində əziyyət çəkir

22 İyul 2026 17:11
Baxış: 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən küçələrdən birinin acınacaqlı vəziyyəti sakinlərin səbrini daşırıb. Asfalt üzü görməyən yol, ətrafı bürüyən zibil dağları və antisanitariya vəziyyəti qəsəbənin bu hissəsini keçilməz edib.

Bu barədə Milli.Az-a sakinlər müraciət edib.

Söhbət Lökbatan qəsəbəsi, 5-ci kənar dairə, 1-ci döngə ünvanındakı küçədən gedir. Sakinlərin redaksiyamıza göndərdiyi fotolardan da aydın görünür ki, küçə baxımsız bir ərazini xatırladır.

Təqdim olunan görüntülərdə yolun tamamilə torpaq və çınqıldan ibarət olduğu, yağışlı havalarda isə keçilməz palçıq dəryasına çevrildiyi aydın sezilir. Yolun kənarında yerləşən zibil konteynerlərinin ətrafı isə məişət tullantıları ilə dolub-daşır. 

Küçənin başqa bir hissəsində isə yolun ortasına atılmış tikinti tullantıları, beton parçaları və taxta lövhələr hərəkəti daha da çətinləşdirir, həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Onlar bildirirlər ki, yayda toz-torpaqdan, qışda isə palçıqdan evdən çıxmaq mümkün olmur. Aidiyyatı qurumlara edilən müraciətlər isə hələ də nəticəsiz qalıb. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.