Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, 20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyeva (Arzum) ev dustaqlığına buraxılıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, onun səbəb olduğu avtomobil qəzasında həyatını itirən Amal Məlikovun ailəsi ilə barışıq əldə olunmayıb.
Bu barədə TikTok-da canlı yayım açan Valeh Dadaşov məlumat verib. O bildirib ki, Amal Məlikovun atası, bacısı və həyat yoldaşı Sənubər Muradova barışığa razı olublar. Ancaq mərhumun hüquqi varisi olan anası buna razılıq verməyib:
"Amalın bacısı və həyat yoldaşı barışıb. Amma Amalın hüquqi varisi anasıdır. O, razılıq verməlidir ki, barışıq rəsmi olsun. O da razılıq vermir. 2 ay istintaq olacaq. Həmin ərəfədə "Arzum" məhkəməyə gedib gələcək".
Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı "Changan" markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn "Mercedes"lə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Bu gün isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Maduronun məhkəməsinin keçiriləcəyi tarix açıqlandı
-
Aybəniz Haşımova bu yolla 15 kiloqram arıqladı
-
Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
-
“Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
-
Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
-
“Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub - (Yenilənib)
-
Kızılcık şerbeti" bu tarixdə yayımlanacaq
-
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan edildi
-
Paşinyan Mertslə Azərbaycanla sülhdən danışdı
-
Bakı Qızlar Universiteti akkreditasiya olunmuş hesab edilmədi
-
Stress Xatirə Yüzbəyovanı xəstəxanalıq etdi
-
Elzar Ağayev departament müdiri təyin olundu
-
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
-
Sabah Biləsuvarın bəzi hissələrində qaz kəsiləcək
-
MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - (Foto)
-
Çəkilişlə dəyişən tale - 19 yaşındakı Dünya Çempionu
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)
-
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib - (Foto)
-
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
-
Bakının bu ərazisində zibil, ilan və küçə itləri sakinləri çıxılmaz vəziyyətdə qoyub
-
“Bibi Heybət”in imamının diplomu tanınmadı





