İdman

Argentina Futbol Assosiasiyasının prezidenti saxlanıldı

23 İyul 2026 11:38
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapianı Nyu-York hava limanında ölkəni tərk etmək istəyərkən saxlayıb.

Milli.Az xəbər verir ki, hadisə futbol üzrə dünya çempionatının finalından sonra baş verib. Tapia ilə yanaşı, AFA-nın digər nümayəndələri də hüquq-mühafizə orqanlarının yoxlamasından keçirilib. Onların mobil telefonları və kompüterləri müsadirə olunaraq araşdırmaya cəlb edilib.

Məhkəmə sənədlərinə əsasən, Klaudio Tapia, AFA-nın xəzinədarı Pablo Toviqino və iş adamı Xavyer Faroni iyulun 30-da ABŞ-nin Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsində ifadə verməlidirlər.

İstintaq çərçivəsində assosiasiyanın maliyyə və kommersiya fəaliyyəti, həmçinin Cənubi Floridada bahalı daşınmaz əmlak alqı-satqısı ilə bağlı əməliyyatlar araşdırılır.

Xatırladaq ki, daha əvvəl fransalı araşdırmaçı jurnalist Romen Molina FIFA və Argentina Futbol Assosiasiyasının fəaliyyəti ilə bağlı korrupsiya və maliyyə pozuntularına dair ciddi iddialar irəli sürmüşdü.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.