Peşə məktəblərinə qəbul başladı: 5 yeni ixtisas tədris olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Peşə təhsili müəssisələrinə qəbul başlayıb.
Milli.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib.
Onun sözlərinə görə, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dək avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcək və 5 ixtisas seçimi edə biləcəklər:
"Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər".
İ.Bayramlı həmçinin bildirib ki, bu ildən peşə məktəblərində əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas tədris olunacaq:
"Həmin ixtisaslar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası olacaq. Qəbul planının 44%-i (14 580 yer) iqtisadiyyat, xidmət, informasiya texnologiyaları istiqamətini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri çilingəri və bitkiçilik mütəxəssisi yer alır".
Agentlik rəhbəri həmçinin vurğulayıb ki, qəbul planının 66%-i regionlarda yerləşən peşə təhsili müəssisələrinin, 34%-i isə Bakı şəhərinin payına düşür.
İ.Bayramlı əlavə edib ki, 2022-2026-cı illər ərzində 4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir tamamlanıb:
"5 müəssisədə yenidənqurma və əsaslı təmir işləri davam edir. 7 müəssisə üzrə layihələndirmə aparılır. 2024-2026-cı illərdə 46 yeni emalatxana yaradılıb. 8 peşə təhsili müəssisəsində 1000 yerlik yataqxana fəaliyyət göstərir".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 39 dərəcə isti olacaq
-
AKİ-də “qanunsuz seçki” iddiası: Əli İsa Cabbarovla bağlı araşdırma tələb olunur
-
Peşə məktəblərinə qəbul başladı: 5 yeni ixtisas tədris olunacaq
-
“Sədərək” və “Binə” bağlanır?
-
Bakıda skuter və velosiped sürücülərinə xəbərdarlıq edildi - (Video)
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanda 39 dərəcə isti olacaq
-
Azərbaycanda qatar cədvəli, marşrutlar və bilet alışı – artıq DAY.AZ-da
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Kəmalə Günəşli: "Geyim insanın əxlaqını, tərbiyəsini göstərir" - (Video)
-
Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlandı
-
Konqoda Ebola virusuna yoluxanların sayı 2 500-ü keçib
-
Argentina Futbol Assosiasiyasının prezidenti saxlanıldı
-
Şəbnəm Naibli: "Onlar evində sözü keçməyən kişiciklər, ərindən xəbəri olmayan qadınlardır"
-
AKİ-də “qanunsuz seçki” iddiası: Əli İsa Cabbarovla bağlı araşdırma tələb olunur
-
Peşə məktəblərinə qəbul başladı: 5 yeni ixtisas tədris olunacaq
-
“CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir
-
Ronaldo ilə Karlos atışıb klub alırlar
-
İyul ayının pensiyaları tam ödənildi
-
Sumqayıtda evdə kişi meyiti tapıldı
-
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
-
ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər
-
"Xanım əməkdar artist dedi ki, zəhləm gedir Elşaddan" - (Video)
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi - (Video)
-
Colinin daha bir qızı atasının soyadından imtina edir
-
“Sədərək” və “Binə” bağlanır?
-
DÇ-2026: Erlinq Haaland zirvədə, Vozinya isə hamını təəccübləndirdi
-
“Zirə” bu gün növbəti oyuna çıxır
-
Flora Kərimovanın ABŞ-də ifasını dinləyən afroamerikalının reaksiyası - (Video)
-
İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi - Yaponiyada





