DÇ-2026: Erlinq Haaland zirvədə, Vozinya isə hamını təəccübləndirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı il dünya çempionatı təkcə meydandakı nəticələri ilə deyil, sosial şəbəkələrdə yaratdığı böyük təsirlə də diqqət çəkib.
Milli.Az xəbər verir ki, "Front Office Sports"un hazırladığı statistikaya əsasən, turnir ərzində instaqramda ən çox yeni izləyici qazanan futbolçu Norveç millisinin hücumçusu Erlinq Haaland olub. Ulduz futbolçu dünya çempionatı zamanı hesabına 32 milyon yeni izləyici əlavə edib. Onun həm oyunları, həm də gündəlik həyatından paylaşdığı görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Reytinqin ən böyük sürprizi isə Kabo-Verde millisinin qapıçısı Vozinya olub. Dünya çempionatına cəmi 50 min izləyici ilə başlayan 40 yaşlı qolkiper turnirin sonunda təxminən 29 milyon yeni izləyici qazanaraq sosial medianın ən çox danışılan simalarından birinə çevrilib.
Vozinya Kabo-Verde millisinin tarixi çıxışı zamanı nümayiş etdirdiyi uğurlu performansla futbolsevərlərin rəğbətini qazanıb. Xüsusilə İspaniya ilə qarşılaşmada və 1/32 finalda Argentina ilə oyunda etdiyi 18 seyv onun geniş müzakirə olunmasına səbəb olub.
Siyahıda üçüncü pillədə Kriştianu Ronaldo qərarlaşıb. Portuqaliyalı futbolçu dünya çempionatı müddətində 22 milyon yeni izləyici qazanıb.
Dördüncü yerdə 12 milyon yeni izləyici ilə Cud Bellinqem, beşinci pillədə isə 8 milyon artımla Neymar yer alıb.
Finalda İspaniyaya məğlub olan Argentina millisinin kapitanı Lionel Messi isə ilk beşliyə düşə bilməyib. Təcrübəli hücumçu turnir ərzində instaqram hesabına 7,5 milyon yeni izləyici əlavə edib.
Beləliklə, DÇ-2026 yalnız futbol meydanında deyil, sosial media platformalarında da yeni rekordlar və gözlənilməz qəhrəmanlarla yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır





