İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi - Yaponiyada
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiya rekord istilərlə üz-üzə qalıb. Ölkədə havanın temperaturunun 40 dərəcəni aşmasından sonra meteoroloqlar ilk dəfə "amansız isti gün" xəbərdarlığı elan ediblər.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, apreldən tətbiq olunan yeni təsnifata əsasən, temperaturun 40 dərəcədən yuxarı olduğu günlər "kokuşobi" ("amansız isti gün") kimi qiymətləndirilir.
Son günlər Qudzyo, Tadzimi və Toyota şəhərlərində temperatur göstəriciləri 40 dərəcəni keçərək yeni rekordlar müəyyənləşdirib. Ölkə üzrə meteoroloji müşahidə məntəqələrinin üçdə birindən çoxunda isə temperatur 35 dərəcədən yüksək olub.
Güclü istilər artıq insan sağlamlığına da təsir göstərib. Niiqata və Kanaqava şəhərlərində isti hava ilə bağlı ölüm halları qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, rekord temperatur gündəlik həyatla yanaşı, kənd təsərrüfatı və idmana da ciddi təsir edir. İsti hava düyü istehsalına mənfi təsir göstərdiyindən fermerlər daha davamlı məhsullara və avokado kimi alternativ bitkilərin yetişdirilməsinə yönəlirlər.
Yüksək temperatur səbəbindən ölkənin məşhur məktəbli beysbol çempionatının keçirilmə qrafiki də dəyişdirilib. İştirakçıların sağlamlığını qorumaq üçün oyunlar əsasən səhər və axşam saatlarına salınıb.
Alimlər bildirirlər ki, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində ciddi tədbirlər görülməzsə, gələcəkdə açıq havada keçirilən idman və digər fəaliyyətlər daha da məhdudlaşa bilər.
İsti hava iş mühitinə də təsir edib. Elektrik enerjisinə qənaət məqsədilə həyata keçirilən "Cool Biz" proqramı çərçivəsində şirkətlər əməkdaşlara daha rahat geyimlərdən istifadə etməyi tövsiyə edir. Beləliklə, ənənəvi kostyum və qalstuk yerini daha yüngül geyimlərə verməyə başlayır.
Yaponiyada müşahidə olunan rekord istilər iqlim dəyişikliyinin ölkənin sosial və iqtisadi həyatına təsirini daha da artırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər
-
İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi - Yaponiyada
-
Aİ-95 benzin bahalaşacaq?
-
Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin
-
Maduronun məhkəməsinin keçiriləcəyi tarix açıqlandı
-
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan edildi
XƏBƏR LENTİ
-
Ronaldo ilə Karlos atışıb klub alırlar
-
İyul ayının pensiyaları tam ödənildi
-
Sumqayıtda evdə kişi meyiti tapıldı
-
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
-
ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər
-
"Xanım əməkdar artist dedi ki, zəhləm gedir Elşaddan" - (Video)
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi - (Video)
-
Colinin daha bir qızı atasının soyadından imtina edir
-
“Sədərək” və “Binə” bağlanır?
-
DÇ-2026: Erlinq Haaland zirvədə, Vozinya isə hamını təəccübləndirdi
-
“Zirə” bu gün növbəti oyuna çıxır
-
Flora Kərimovanın ABŞ-də ifasını dinləyən afroamerikalının reaksiyası - (Video)
-
İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi - Yaponiyada
-
Bakıda skuter və velosiped sürücülərinə xəbərdarlıq edildi - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
Acun Ilıcalının həyat yoldaşı dava saldı - (Video)
-
Messinin komanda yoldaşı oldu
-
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
-
Aİ-95 benzin bahalaşacaq?
-
46 yaşlı Murat Boz görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin
-
Bu günün valyuta məzənnələri açıqlandı
-
Neft bahalaşdı: Brent 96 dolları keçdi
-
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başladı





