Aİ-95 benzin bahalaşacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin yanvar-may aylarında Azərbaycan 80,7 min ton mühərrik benzini idxal edib ki, bunun dəyəri 72,3 milyon ABŞ dolları təşkil edib.
Milli.Az xəbər verir ki, hesablamalara görə, 2026-cı ilin ilk beş ayında idxal edilən benzinin orta qiyməti hər ton üzrə təxminən 896 ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövründəki 487 ABŞ dolları ilə müqayisədə 84% yüksəkdir.
Eyni zamanda, Aİ-95 premium benzinin idxalı artıb.
Hesabat dövründə bu markadan 75,7 min ton idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çoxdur. İdxalın dəyəri isə 47,1 milyon dollardan 67,9 milyon dollara yüksələrək 43,9% artıb. Bu məhsul üzrə orta idxal qiyməti bir il əvvəlki 844 dollardan 897 dollara yüksəlib. Yəni bu il (1 ton=1 333 litr) təqribən Aİ-95-in hər litr üçün orta qiyməti 1.14 manat ətrafındadır.
Super premium və ya Aİ-98 və daha yüksək oktanlı benzinin idxalı da artım nümayiş etdirib.
Bu kateqoriya üzrə idxal 19,3% artaraq 876,9 tondan 1 045,9 tona çatıb, dəyəri isə 22,6% artaraq 1,08 milyon dollardan 1,32 milyon dollara yüksəlib. Orta qiymət isə 1 226 dollardan 1 260 dollar səviyyəsinə yüksəlib.
Bu artımlar benzinin satış qiymətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, neft bahalaşdıqca təbii olaraq hazır məhsulun da qiyməti artır:
"Əgər dünya bazarlarında neftin qiyməti 100 dolları ötərsə və dayanıqlı şəkildə qalarsa, o zaman mütləq şəkildə hazır məhsulların qiymətində bahalaşma baş verəcək. Nəticədə idxal etdiyimiz benzinin qiyməti də artacaq.
Əlbəttə ki, hökumət bu istiqamət üzrə dotasiya ayırmasa sözügedən ssenari reallaşacaq. Nəzərə alaq ki, premium benzinin ölkəmizdə istehsalı üçün işlər aparılır. Bu proses başa çatana qədər dövlət idxal benzininin qiymətini nəzarətdə saxlaya bilər".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi - Yaponiyada
-
Aİ-95 benzin bahalaşacaq?
-
Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin
-
Maduronun məhkəməsinin keçiriləcəyi tarix açıqlandı
-
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan edildi
-
Nyu-York şəhərinin meri: Netanyahu Nyu-Yorka gələrsə, həbs edin
XƏBƏR LENTİ
-
“Zirə” bu gün növbəti oyuna çıxır
-
Flora Kərimovanın ABŞ-də ifasını dinləyən afroamerikalının reaksiyası - (Video)
-
İlk dəfə “amansız isti gün” xəbərdarlığı verildi - Yaponiyada
-
Bakıda skuter və velosiped sürücülərinə xəbərdarlıq edildi - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
Acun Ilıcalının həyat yoldaşı dava saldı - (Video)
-
Messinin komanda yoldaşı oldu
-
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
-
Aİ-95 benzin bahalaşacaq?
-
46 yaşlı Murat Boz görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin
-
Bu günün valyuta məzənnələri açıqlandı
-
Neft bahalaşdı: Brent 96 dolları keçdi
-
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başladı
-
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
-
Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi
-
Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
-
D vitamini almaq üçün nə qədər günəş altında qalaq?
-
Səyahətdə pula qənaət edəcək 6 məsləhət
-
Bu qidalar stresi azaldır
-
Qaçıra bilməyəcəyiniz fürsət: Bu BÜRCLƏR üçün uğur və pul çox yaxındadır
-
Kondisioner olmadan yatağı 10 dəqiqəyə necə sərinlətmək olar?
-
Heç kim 54 yaşı olduğuna inanmır - Bodrum görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Səmra o məhkəmədən bəraət etdi





