Səyahətdə pula qənaət edəcək 6 məsləhət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səyahət zamanı diqqətsizlik turistlərə cibgirlərdən daha baha başa gələ bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, Böyük Britaniyadan olan şəxsi maliyyə eksperti Andrev Hagger bildirib ki, istirahət zamanı edilən bəzi sadə səhvlər əlavə xərclərə və maliyyə itkilərinə səbəb ola bilər.
Ayıq-sayıqlığı itirməyin
Ekspertin sözlərinə görə, insanlar xaricdə olarkən istirahətə, yeni təəssüratlara və əyləncəyə kökləndikləri üçün gündəlik həyatda göstərdikləri diqqəti itirirlər. Bu isə onları fırıldaqçılar və oğrular qarşısında daha həssas edir. Ona görə də istirahətdə olsanız belə, maliyyə təhlükəsizliyini unutmamaq vacibdir.
Otelin seyfindən istifadə edin
Andrew Hagger ehtiyat bank kartlarını, nağd pulun bir hissəsini və bankın əlaqə nömrələrini otelin seyfində saxlamağı tövsiyə edir. Seyfdən istifadə ödənişli olsa belə, mümkün itkilərin qarşısını almaq baxımından faydalıdır.
Gündəlik büdcə müəyyənləşdirin
Səfərə çıxmazdan əvvəl qida, nəqliyyat, ekskursiyalar və digər gündəlik xərclər üçün təxmini büdcə planlaşdırmaq məsləhətdir.
Bu halda pul kisənizi itirsəniz və ya oğurlansanız, bütün vəsaitinizi deyil, yalnız həmin gün üçün ayırdığınız məbləği itirmiş olacaqsınız.
Kartla ödəniş edərkən yerli valyutanı seçin
Mütəxəssis mağaza və restoranlarda kartla ödəniş zamanı hesablaşmanı yerli valyutada aparmağı tövsiyə edir. Çünki ödənişi avro və ya digər xarici valyutada emal etmək təklif olunduqda məzənnə çox vaxt sərfəli olmur və turistlər əlavə xərc ödəyirlər.
Bundan əlavə, səfərdən əvvəl bankınızın xaricdə aparılan əməliyyatlara görə tətbiq etdiyi komissiyaları da yoxlamaq faydalıdır.
Böyük məbləğlər üçün kredit kartından istifadə edin
Otel bronu, aviabiletlər və ya bahalı alış-veriş zamanı kredit kartından istifadə etmək daha məqsədəuyğun hesab edilir.
Ekspert bildirir ki, bir çox ölkədə kredit kartları ilə edilən ödənişlər istehlakçı üçün əlavə hüquqi müdafiə təmin edir. Məsələn, satıcı öhdəliyini yerinə yetirmədikdə və ya dələduzluq hallarında ödənilən vəsaitin geri qaytarılması daha asan ola bilər. Bununla belə, bu imkan ölkənin qanunvericiliyindən və bankın şərtlərindən asılı olaraq dəyişə bilər.
Lazımsız kartları özünüzlə daşımayın
Andrew Hagger səyahət zamanı yalnız zəruri bank kartlarını götürməyi və onları kiçik pul kisəsində, geyimin daxili cibində saxlamağı məsləhət görür.
Dəniz və hovuz kənarında istirahət edənlər üçün isə sənədlər və pullar üçün su keçirməyən qoruyucu kisələrdən istifadə etmək tövsiyə olunur.
Bankomat seçərkən diqqətli olun
Nağd pul çıxarmazdan əvvəl bankomatın komissiya tətbiq edib-etmədiyini yoxlamaq vacibdir.
Ekspert turistlərin daha çox banklara məxsus bankomatlardan istifadə etməsini, turistik məkanlarda yerləşən müstəqil terminallardan isə mümkün qədər uzaq durmasını tövsiyə edir.
O, həmçinin bildirir ki, tez-tez kiçik məbləğlərdə nağd pul çıxarmaq komissiyalara görə əlavə xərc yarada bilər. Buna görə də xərcləri əvvəlcədən planlaşdırmaq və mümkün olduqda daha az sayda əməliyyat aparmaq daha sərfəlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
Toxunulduqda dərhal şəkil dəyişən parça hazırlandı
-
Azərbaycanda bu maşınlara tələbat artdı - (Video)
-
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
-
Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Joao Feliks
-
Toxunulduqda dərhal şəkil dəyişən parça hazırlandı
-
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
-
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - Yenilənib
-
"Şamaxinka" istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir - Anar Nəcəfli
-
Xankəndidə 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
-
Yağış yağacaq, leysan olacaq - xəbərdarlıq
-
Bülənt Ərsoyun milyonluq boyunbağısı - (Foto)
-
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
-
Röya Ayxanın fotosessiyasından ilk kadrlar - (Video)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Mehriban Əliyeva ilə Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycanda bu maşınlara tələbat artdı - (Video)
-
Kəmaləddin Heydərovdan 2 yüksək vəzifəyə təyinat - (Foto)
-
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - (Foto)
-
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
-
Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək
-
"Almaniya yenə müharibə istəyir" - Sergey Lavrov
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi





