Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında mübahisə - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 211 nömrəli marşrut avtobusunda sürücü ilə sərnişin arasında mübahisə yaşanıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadının azyaşlı övladı və onun skuteri ilə avtobusa mindiyi görünür. Sürücü isə skuter və velosipedlə avtobusa daxil olmağın qadağan olduğunu bildirərək buna etiraz edib.
Bundan sonra tərəflər arasında gərginlik yaranıb. Qadın övladının autizmli olduğunu və bu səbəbdən piyada hərəkət etməsinin çətin olduğunu desə də, sürücü sərnişindən avtobusu tərk etməsini tələb edib. Nəticədə ana və övladı avtobusdan düşürülüb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, videogörüntü ilə bağlı məsələ araşdırılıb.
"Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib. Bildiririk ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.
Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik.
Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq", - deyə Ə.Əliyeva vurğulayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Xaçmazda dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı
-
Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında mübahisə - (Video)
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Sumqayıtda evdə kişi meyiti tapıldı
-
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başladı
-
Bakının bu qəsəbəsində su borusu partladı - Son vəziyyət
XƏBƏR LENTİ
-
Xaçmazda dənizdə batan 18 yaşlı gəncin meyiti tapıldı
-
Marko Rubio: “İran razılaşma üçün yalvarır, amma hazır deyil”
-
Eldar Əzizov Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb
-
Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur - Kamaləddin Qafarov
-
Mbappe Oliseni “Real”a keçməyə inandırdı
-
Bakıda avtobus sürücüsü ilə qadın sərnişin arasında mübahisə - (Video)
-
Azərbaycanda 39 dərəcə isti olacaq
-
Azərbaycanda qatar cədvəli, marşrutlar və bilet alışı – artıq DAY.AZ-da
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Kəmalə Günəşli: "Geyim insanın əxlaqını, tərbiyəsini göstərir" - (Video)
-
Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlandı
-
Konqoda Ebola virusuna yoluxanların sayı 2 500-ü keçib
-
Argentina Futbol Assosiasiyasının prezidenti saxlanıldı
-
Şəbnəm Naibli: "Onlar evində sözü keçməyən kişiciklər, ərindən xəbəri olmayan qadınlardır"
-
AKİ-də “qanunsuz seçki” iddiası: Əli İsa Cabbarovla bağlı araşdırma tələb olunur
-
Peşə məktəblərinə qəbul başladı: 5 yeni ixtisas tədris olunacaq
-
“CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir
-
Ronaldo ilə Karlos atışıb klub alırlar
-
İyul ayının pensiyaları tam ödənildi
-
Sumqayıtda evdə kişi meyiti tapıldı
-
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
-
ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər
-
"Xanım əməkdar artist dedi ki, zəhləm gedir Elşaddan" - (Video)
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi - (Video)





