İliyana Yotova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az məktubu təqdim edir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı. Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur.
Münasibətlərimizdəki müsbət siyasi dinamikanın hər iki tərəf üçün faydalı əməli nəticələrə və layihələrə çevrilməli olduğu fikrinizi tamamilə bölüşürəm. Hesab edirəm ki, enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlarımız zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi, Bolqarıstan şirkətlərinə Azərbaycanın təbii qazının tədarükünün artırılması, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında "yaşıl enerji"nin quru yolla ötürülməsi üçün ikinci enerji dəhlizinin müzakirə olunan potensialı münaqişələr və qeyri-sabitlik səbəbindən sarsılmış bugünkü dünyada zəruri investisiyalardır. Sənaye zonaları və texnoloji parklar sahəsində tərəfdaşlıq münasibətlərinin intensivləşdirilməsi, eyni zamanda, xalqlarımız arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi də Bolqarıstan üçün vacib prioritet sahələrdir.
Sizi Bolqarıstanda qonağımız kimi qəbul etmək, Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın dostluq münasibətlərimizin parlaq rəmzi olaraq birgə açılışını etmək mənim üçün şərəf olardı.
Yaxın gələcəkdə Zati-alinizi Bolqarıstanda salamlamaq imkanımın olacağı ümidi ilə Sizə və ailənizə cansağlığı, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib - FOTO
-
Azərbaycan və Pakistan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTO
-
Maliyyə Nazirliyinin nümayəndəsi "Azərsilah" və "Azərxalça"nın müşahidə şuralarında təmsil olunacaq
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
İliyana Yotova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Aleksander Van der Bellen Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Qvardiolanın yerinə o gəldi
-
Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var
-
“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlk dəfə qızından danışdı
-
Dondurulmuş tərəvəzlər niyə bəzən daha dadlı olur?
-
"Pulumu ən çox onlara xərcləyirəm"
-
Alona Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün xeyriyyə ustad dərsində iştirak edib - FOTO
-
Zibilə gedən çörəklərdən dərman və plastik istehsal edəcəklər
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib - FOTO
-
Azərbaycan və Pakistan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTO
-
Gözəllik kraliçasını əri tərəfindən öldürüldü
-
"WhatsApp"dan daha bir yenilik
-
Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul
-
Uşaqlarda erkən inkişaf problemlərini necə müəyyənləşdirmək olar? - Bakıda mühüm konfrans - FOTO
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Maliyyə Nazirliyinin nümayəndəsi "Azərsilah" və "Azərxalça"nın müşahidə şuralarında təmsil olunacaq
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
İliyana Yotova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Aleksander Van der Bellen Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı





