Siyasət

Serbiya hərbi orkestri Prezident İlham Əliyevin səfəri zamanı “Ay Laçın”ı ifa etdi - VİDEO

15 Fevral 2026 23:15
Baxış: 423

Serbiya hərbi orkestri Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Aleksandr Vuçiçin təşkil etdiyi şam yeməyində Azərbaycan mahnısı olan "Ay Laçın"ı ifa edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.

Diplomat bunun Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jesti olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.