Serbiya hərbi orkestri Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Aleksandr Vuçiçin təşkil etdiyi şam yeməyində Azərbaycan mahnısı olan "Ay Laçın"ı ifa edib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
Diplomat bunun Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jesti olduğunu bildirib.
Milli.Az