Təsisçisi Turkmənistan Prezidenti olan "Neytralnıy Turkmenistan" qəzetinin 6 avqust 2012-ci il tarixli nömrəsində "Türkmənistan-Azərbaycan dostluq münasibətlərinin nişanəsi olaraq" adlı məqalə nəşr olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Turkməndövlətxəbərləri" informasiya xidmətinin məqaləsində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfındən Türkmənistan xalqına iki dost xalq arasında ənənəvi mehriban qonşuluq münasibətlərinin simvolu olaraq Bakı şəhərində nəşr olunmuş və Azərbaycan xalçasının tarixinə həsr olunmuş elmi əsər hədiyyə edildiyi bildirilir.
Məqalədə çoxsaylı illüstrasiyaların olduğu kitabda Azərbaycan xalçalarının ornament xüsusiyyətlərindən, onların dekorativ-bədii xüsusiyyətlərindən və ölkədəki xalça toxuculuğu texnologiyasından bəhs edildiyi, ənənəvi xalçaların obrazların dili və onların orijinallığını geniş işıqlandırdığı, Azərbaycan xalqının dünyaya fəlsəfi baxışını əks etdirən rənglər ahənginin, naxışların və simvolların analizinin, eləcə də ən yaxşı nümunələrin təsvirinin verildiyi qeyd edilib.
Məqalədə qeyd olunur ki, şübhəsiz, Türkmənistanın və Azərbaycanın dost xalqlarının milli xalça toxuculuğu məktəbləri üçün ümumi olan odur ki, indiyədək özünün sehirli cazibə gücünü və əvəzsiz gözəlliyini itirməyən fövqəladə sənət səbirlə ilmə-ilmə nəsildən-nəslə ötürülərək gözəl sənətkarların, əsl rəssamların əməyi sayəsində formalaşıb və inkişaf edib, bu gün də tədqiqatçıların və gözəllik pərəstişkarlarının marağına səbəb olan həmin sənət dünya mədəniyyət xəzinəsinin layiqli incisidir.
Səfirlik tərəfindən poçt vasitəsilə alınan "Azərbaycan xalçaları" silsiləsindən olan nəşrlər Türkmənistanda böyük marağa səbəb olub. Çox nəfis şəkildə hazırlanmış, Y.Mahmudov və K.Şükürovun "Иреванская область Азербайджана: исторический очерк" elmi işi daxil edilmiş "Азербайджанские ковры: Иреванская группа" kitabı səfirlik tərəfındən alındıqdan sonra kitabın nüsxələri rəsmi olaraq Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri R.Meredova çatdırılması məqsədilə Türkmənistan XİN-ə göndərilib.
Milli.Az
Siyasət
Türkmənistanın nüfuzlu qəzetində Azərbaycanla bağlı məqalə nəşr olunub
7 Avqust 2012 15:34
Baxış: 1 097
DİGƏR XƏBƏRLƏR
-
Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanatını təqdim edib - FOTO
-
Ölkədən qaçan baş nazir edam cəzasına məhkum edildi
-
Prezident "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq etdi
-
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi
-
Mərkəzi Asiyanın yeni regional arxitekturasında Azərbaycanın artan rolu
-
Mərkəzi Asiyada yeni ittifaq xətti: Azərbaycan prosesin mərkəzinə keçir
XƏBƏR LENTİ
-
COVID-19 keçirmiş şəxsləri qorxudacaq xəbər - qanda elə bir maddə tapıldı ki...
-
İctimai nəqliyyat nəzərə alınır - Bəs, şəxsi avtomobillər?
-
Psixoloqlar deyir: “Danışın!” – Öz-özünə danışmaq dəli olmaq deyil
-
Şizofrenlərin ən çox istifadə etdiyi söz açıqlandı
-
"Yastıq üzlükləri unitazdan daha çox bakteriya yığa bilər"
-
Sonsuzluq yaradan qidalar
-
Keçmişdə niyə kişilər maşında sabun gəzdirib?
-
Əhvalımızı formalaşdıran gözəgörünməz ikili: Zaman və Yuxu
-
Duz, alkoloq, qəhvəni eyni vaxtda qəbul etmək olmaz - Damarlar dözməyəcək
-
"Mayalı məhsullar ürəyin "evini yıxır"
-
Təyyarənin "qara qutu"su nə vaxt oxunacaq?
-
Yaponiyada güclü zəlzələ oldu
-
Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? - VİDEO
-
Romano da təsdiqlədi - "Qalatasaray" bu ulduzla maraqlanır
-
Bu ərazilərdə 6 saat işıq olmayacaq
-
Şoyqunu öldürmək istədilər
-
Yaponlar yastığın yanına mandarin qoymadan yatmır: səbəb
-
Kobaxidze: ABŞ-dən Gürcüstana münasibətdə passivlik görürük
-
Səidə Niyamı döyməklə hədələdi
-
Evddə “qızıl yetişdirmək” artıq mümkündür: Bəzi bitkilər qızıl istehsal edirmiş
-
Günün qoroskopu: Maddi məsələlərdə tələsik qərarlar verməyin
-
Mətanət efirdə qonağı qucağına alıb fırlatdı - VİDEO
-
Qabyuyan maşın, yoxsa əl ilə yumaq: Hansı daha sərfəlidir?
-
Flora Kərimovanın nəvəsi ilk dəfə efirdə - VİDEO





