Siyasət

Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib

26 Dekabr 2025 11:42
Baxış: 325

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə bundan sonra da fəal və səmərəli iş, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, həmişə əzizlərinizin və doğmalarınızın sevgisini arzulayıram.

Fürsətdən istifadə edərək, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları arasında əməkdaşlığın inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı

bildirmək istəyirəm. Bu əməkdaşlıq bundan sonra da təhlükəsizliyin və ölkələrimizin milli maraqlarının müdafiəsinin təmin edilməsi, regionda sülhün və sabitliyin qorunub saxlanılmasının etibarlı qarantı olaraq xidmət göstərməyə davam edəcəkdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.