Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına dəvət edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüş zamanı bildirilib.
Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.
Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.
Milli.Az