Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Novruz bayramı münasibətilə Sizə və Azərbaycan xalqına Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Canlanmanı, ümidi və birliyi təcəssüm etdirən bu qədim bayram ailələri və icmaları sülh və firavanlıq ruhunda bir araya gətirərək dərin əhəmiyyət kəsb edir. Bu bayram münasibətilə şəxsən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və davamlı uğurlar arzulayıram.
Mən əməkdaşlığımızın davamlı olmasını diləyir, xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm. Bu arzularla bayramınızı bir daha təbrik edirəm".
Milli.Az