Siyasət

Netanyahu Hikmət Hacıyevi qəbul etdi

19 Fevral 2025 13:09
Baxış: 1 091

İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Milli.Az  xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin salamlarını İsrail liderinə çatdırıb.

Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, tərəflər regional hadisələri müzakirə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.