Hikmət Hacıyev Tehrana bu mesajları çatdırır – 4 vacib məqam
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Tehranda qonşu dövlətin rəsmiləri ilə görüşləri davam edir. Bu səfər bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir.
Milli.Az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O, Hikmət Hacıyevin İrana səfərinin gündəmini bu cür izah edib:
"Birincisi, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusuyla münasibətlərdə gərginlik istəmir, ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.
İkincisi, Ermənistanın mövqeyi səbəbindən Zəngəzur dəhlisi yubandığına görə, Azərbaycan İran ərazisindən - Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşaatı bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil.
Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ-la münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilib və bu, Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb.
Dördüncüsü, rəsmi Bakı mötədil Prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb.
Bu sadalanan müsbət məqamlara baxmayaraq, İranın mühafizəkar və dini dairələri növbəti antiazərbaycan təxribatları ilə əldə edilənlərin üstündən yenə xətt çəkə bilərlər. Hər dəfəsində belə olur, iki ölkənin rəsmiləri və diplomatları görüşür, tərəfdaşlıqdan və ortaq layihələrdən danışırlar, üstündən bir müddət keçdikdən sonra əyalət mollalarından biri və ya SEPAH generalı Azərbaycanı hədəf götürən açıqlama verir, İran dövlətinin nəzarətindəki televiziya kanalları, agentlikləri və saytları bunları yayımlayır, nəticədə müsbətə doğru irəli sürülən təşəbbüslər yarımçıq qalır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
XƏBƏR LENTİ
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır





