Siyasət

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

21 Yanvar 2025 14:47
Baxış: 737

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - məlumatda bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.