Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.
Qəza nəticəsində faciəli şəkildə həlak olanlarla əlaqədar Həştərxan vilayətinin bütün sakinləri adından və şəxsən öz adımdan Sizə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Sizin kədərinizi bölüşürük".
Milli.Az